Xəbərlər

Energetika Nazirliyində Apellyasiya Şurası yaradılıb

10 fevral 2016

     Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrası ilə əlaqədar Energetika Nazirliyində Apellyasiya Şurası yaradılmışdır. Energetika nazirinin müavini Gülməmməd Cavadovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin müvafiq şöbələrinin əməkdaşları daxildir.