Xəbərlər

Astanada “EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinə hazırlıq vəziyyəti müzakirə olunub

26 fevral 2017

       Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparat rəhbəri İftixar Hüseynov Astanda keçirililəcək “EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinə hazırlıq işlərinin təşkili ilə əlaqədar ikinci toplantıda iştirak edib. Qazaxıstanın baş nazirinin müavini xanım Dariqa Nazarbayevanın, xarici işlər nazirinin birinci müavini, “EXPO-2017” Beynəlxalq Sərgisinin komissarı Rapil Joşıbayevin, Beynəlxalq Sərgilər Bürosunun baş katibi Vinsente Lossertalesin qatıldığı tədbirdə 100-dən çox ölkənin 270 nəfərdən ibarət nümayəndə heyəti təmsil olunub. Tədbirdə hazırlıq işlərinin yüksək səviyyədə yerinə yetirildiyi bildirilib və qeyd edilib ki, sərgi pavilyonları 2016-ci ilin noyabr ayında tam hazır vəziyyətə gətiriləcək. Tədbirdə Astana şəhərinin “EXPO-2017” üçün hazırlığı, “EXPO-2017”-nin memarlıq və tikintisi, “Gələcəyin Enerjisi Forumu-ən yaxşı təcrübə zonası”, əməliyyat fəaliyyəti, kommersiya, korporativ iştirak və sponsorluq, rabitə və mədəni- əyləncəli proqramla bağlı təqdimatlar da nümayiş etdirilib. Tədbir çərçivəsində Rusiya Federasiyası və Çin də daxil olmaqla 13 iştirak müqaviləsinin imzalnması ilə 75 ölkə və 14 beynəlxalq təşkilat “EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində iştirakını təsdiqləyib. Azərbaycan sərgidə iştirakını rəsmi şəkildə təsdiq edən ilk ölkələrdəndir. "EXPO-2017" beynəlxalq sərgisi 2017-ci il iyunun 10-dan sentyabrın 10-dək Qazaxıstan paytaxtında keçiriləcək.