Xəbərlər

Energetika naziri Natiq Əliyev Maltada keçirilən “Aralıq dənizi liderlik sammiti” tədbirində iştirak edəcək

25 aprel 2016

     28-29 aprel 2016-cı il tarixlərində Maltada “Aralıq dənizi liderlik sammiti” mövzusunda tədbir keçiriləcək. Beynəlxalq “The Economist” jurnalının və Malta hökumətinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən energetika naziri Natiq Əliyev də iştirak edəcək. Aralıq dənizi hövzəsində müxtəlif problemlərin həlli yollarının müzakirəsinə həsr olunacaq toplantıda region ölkələrinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur. Tədbirin ikinci günü Avropada Enerji Şəbəkəsi və Təchizatın Təhlükəsizliyi mövzusu çərçivəsində Avropanın enerji gündəliyi: yenilənmə, neft və qaz: Şimali Afrika və Şərqi Aralıq dənizi hövzəsində mühüm inkişaf, Şimali Afrika və Avropa arasında yeni enerji dəhlizinin açılması istiqamətləri üzrə müzakirələr aparılacaq. Müzakirlərdə Avropa Komissiyasının nümayəndəsi Tudor Constantinescu, Maltanın enerji və sağlamlıq naziri Konrad Mizzi və digər şəxslər də iştirak edəcəklər.