Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirilib

 

Energetika Nazirliyində nazir müavini Samir Vəliyevlə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində CAREC İnstitutunun direktoru Sanjaasuren Bayaraanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Sanjaasuren Bayaraa energetikanın əsas prioritet istiqamətlərindən biri olan CAREC proqramı və bu proqram çərçivəsində Azərbaycanla sıx əməkdaşlıqdan bəhs edib. Energetika Nazirliyinin CAREC-in müxtəlif tədbirlərində fəal iştirakı yüksək qiymətləndirilib. Görüşdə proqrama üzv dövlətlər arasında regionların elektrik enerjisi ilə etibarlı təminatı, energetika sahəsində yüksək texnologiyaların tətbiqi, enerji təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. CAREC proqramı çərçivəsində nazirliklə əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub. 
Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində görülən tədbirlər və qarşıya qoyulmuş hədəflər barədə məlumat verən nazir müavini Samir Vəliyev bu sahədə beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. CAREC proqramı çərçivəsində gələcəkdə əməkdaşlıq əlaqələrinin bərpa olunan enerji mənbələrinin tətbiqi və enerji səmərəliliyi sahəsində inkişaf etdirilməsini təklif edib. 
Görüşdə bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində qarşılıqlı səfərlərin və tədbirlərin keçirilməsi imkanları müzakirə edilib. 

0

0

0

Xəbərlər

Energetika

Tədbirlər

CQD AZ

 Mediada Biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent $/b  66.28
 flag usa2x  WTI  $/b 55.85
 az  Azeri Light  $/b 68.65
Apellyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici
Məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.