Sual-cavab

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.12-ci və 9.13-cü bəndlərinə əsasən:
 
Enerji Məsələlərini Tənzimləmə Agentliyi üç gün əvvəl rəsmi xəbərdar etməklə, aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir:
 
- istehlakçının elektrik qurğularının qeyri-kafi vəziyyəti qəza, yanğınların baş verməsinə, elektrotexniki heyətin, əhalinin həyatı üçün təhlükə yaratdıqda;
 
- müəyyən edilmiş elektrik enerjisi sərfi rejimlərini pozduqda;
 
- elektrik enerjisindən israfçılıqla və səmərəsiz istifadə etdikdə;
 
- enerjitəchizatı müəssisəsinin və ya digər istehlakçının elektrik şəbəkəsinə özbaşına elektrikqəbulediciləri qoşduqda, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş göstəricilərdən artıq şəbəkəyə güc qoşduqda;
 
- elektrikqəbulediciləri sayğacdan kənar elektrik şəbəkəsinə qoşduqda və ya elektrik enerjisi uçotunun sxemini pozduqda;
 
- elektrik qurğularına xidmət üçün elektrotexniki heyət olmadıqda;
 
- istehlakçının təqsirindən enerjitəchizatı müəssisəsinin və ya başqa istehlakçıların elektrik qurğularının normal fəaliyyətini pozan göstəricilərə qədər elektrik enerjisinin keyfiyyətini aşağı saldıqda;
 
- elektrik qurğularındakı pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tələbləri vaxtında yerinə yetirilmədikdə;
 
- istehlakçının (məişət abonenti istisna olmaqla) elektrik qurğularına və ya elektrik enerjisinin uçot cihazlarına Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələri buraxılmadıqda.
 
Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər:
 
- istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
 
- enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
 
- təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
 
- enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
 
- məhkəmənin qərarı ilə;
 
- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.
 
İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1-ci bəndinə əsasən Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:
 
- istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
 
- təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
 
- istehlakçının qaz qurğusu Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
 
- qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;
 
- qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;
 
- İstehlakçı bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;
 
- Fövqəladə Hallar Nazirliyinin və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında;
 
- məhkəmənin qərarı ilə;
 
- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.
 

Enerji təchizatı müəssisəsi tərəfindən təyin edilən hər sərfiyyat dövrünün istehlakına görə əhali qrupu üzrə abonentlərə bildiriş verilərək, qeyd edilən məbləğin ödəniş yeri göstərilir. Bu bildiriş elektrik enerjisinin haqqı vaxtında ödənilmədiyi tədqirdə elektrik enerjisinin kəsiləcəyi halda birinci xəbərdarlıqdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik rnerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı istehlakçının hesabına yerinə yetirilir. Digər hallarda isə enerjitəchizat müəssisəsinin hesabına yerinə yetirilir.

“Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

Elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli  234 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında Fərmanına əsasən Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması  Qaydası”na əsasən istehlakçılara texniki şərtlər verilir.

Elektrik enerjisinin bir kilovat-saatın qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün 7 qəpik səviyyəsində, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Ölkədə il ərzində əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılara mavi yanacağın bir kubmetri 10 qəpikdən, illik istehlak həcmi 1700 kubmetrdən çox olan abonentlər üçün isə müəyyən olunmuş limitdən sonrakı sərfiyyat 20 qəpikdən hesablanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə əsasən istehlakçılar tərəfindən (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində (üç il) elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Eyni zamanda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır:

a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq;

b) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülər düzəltmək, yükvurma-boşaltma, dibdərinləşdirmə və yerqazma işləri aparmaq, lövbər atmaq, suya atılmış lövbərlə və tralla keçmək, balıq ovu sahələrini ayırmaq, sualtı ov alətləri vasitəsilə balıq, habelə su heyvanları və bitkilərini əldə etmək, suvatlar düzəltmək;

c) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yüklə birlikdə və yüksüz, yol səthindən ümumi hündürlüyü 4,5 m-dən çox olan maşın və mexanizmlər üçün keçidlər, habelə avtomobil və at-araba nəqliyyatı, maşın və mexanizm dayanacaqları düzəltmək;

ç) quruda elektrik ötürücü kabel xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq dərinlikdə buldozerlər, ekskavatorlar və başqa torpaqqazan maşınlar vasitəsilə torpaq işləri görmək və planlaşdırmaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci hissəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır:

a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi;

b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması;

c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması;

ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi;

d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir:

a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə:

Un, kV — xətlərin gərginliyi;

L, m — məsafələrdir;

Un, kV

>l20

35

110

150

220

330-500

L, m

10

15

20

25

25

30

b) yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi;

ç) hava elektrik ötürücü xətlərinin su hövzələrindən (çaylar, kanallar, göllər və s.) keçidi boyunca, gəmiçilik üçün yararlı hövzələrdə kənar naqillərin yellənməyən vəziyyətində hər iki tərəfdən 100 m aralıda yerləşən şaquli müstəvilərlə məhdudlaşan su hövzəsinin səthindəki hava məkanı, gəmiçilik üçün yararlı olmayan hövzələrdə isə hava elektrik ötürücü xətlərinin mühafizə zonalarının müəyyən edilməsi üçün nəzərdə tutulmuş məsafə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci 4 aprel il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nın 2.5-ci yarımbəndinə və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 aprel tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin Mühafizə Zonalarının müəyyənləşdirilməsi Qaydaları”nın 6.1-ci yarımbəndinə əsasən ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonasına düşən ərazilərdə tikinti işlərinin aparılmasına icazənin verilməsi istismarçı təşkilatın (SOCAR və BP-Azərbaycan şirkəti) yazılı rəyi əsasında Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən həyata keçirilir

Eyni zamanda, “Heydər Əliyev adına Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nın 2.1.4-cü yarımbəndinə əsasən ASME B31.8 standartına (Amerika Mühəndis-Mexaniklər Cəmiyyətinin B31.8 nömrəli standartı) uyğun olaraq CQ və CQG boru kəmərlərinin mərkəzi oxlarından hər tərəfə 201 metr məsafədə mövcud əhalinin və tikililərin sıxlığı daimi nəzərə alınmalıdır. Bu zonada başqa hüquqi və ya fiziki şəxslər tərəfindən hər hansı bir dəyişikliklərin planlaşdırılması nəzərdə tutularsa, bu Qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə riayət olunmaqla, dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə əvvəlcədən razılaşdırılmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2018-ci il tarixli 129 saylı qərarı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nın 2.1.4-cü yarımbəndinə əsasən ASME B31.8 standartına (Amerika Mühəndis-Mexaniklər Cəmiyyətinin B31.8 nömrəli standartı) uyğun olaraq CQ və CQG boru kəmərlərinin mərkəzi oxlarından hər tərəfə 201 metr məsafədə mövcud əhalinin və tikililərin sıxlığı daimi nəzərə alınmalıdır. Bu zonada başqa hüquqi və ya fiziki şəxslər tərəfindən hər hansı bir dəyişikliklərin planlaşdırılması nəzərdə tutularsa, bu Qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə riayət olunmaqla, dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə əvvəlcədən razılaşdırılmalıdır.

Eyni zamanda, torpaq sahibləri ilə Dövlət (yerli icra hakimiyyəti) arasında imzalanmış birtipli İcarə Müqavilələrinin 5.02-ci Bəndinə əsasən torpaq mülkiyyətçisinin BTC, CQBK və CQBKG ixrac boru kəmərlərinin mühafizə zolağı torpağını satmaq üzrə hüquqları aşağıdakı kimidir:

  1. Torpaq mülkiyyətçisi tikinti müddəti ərzində mühafizə zolağı torpağını və/və ya tikinti dəhlizini satmaq hüququna malik deyildir;
  2. Torpaq mülkiyyətçisi tikinti müddəti bitdikdən sonra mülkiyyətdə olan torpaq sahəsini və o cümlədən mühafizə zolağı torpağını satmaq hüququna malikdir, bu şərtlə ki, torpaq mülkiyyətçisi:
  3. Nəzərdə tutulan satış və alıcı tərəf (“Yeni Mülkiyyətçi”) barədə Dövlətə 15 (on beş) gün qabaqcadan bildiriş təqdim etməlidir;
  4. Yeni Mülkiyyətçi ilə bağlanacaq müqavilədə Yeni Mülkiyyətçi öz tərəfindən mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə dair hazırkı İcarə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını və qeyd olunmuş məhdudiyyətlə əməl edilməsinin əks olunmasını təmin etməlidir;
  5. alqı-satqı müqaviləsi imzalandığı tarixdən 3 (üç) gün sonra Dövlətə alqı-satqı müqaviləsinin surətini təqdim etməlidir.

 

İxrac nəzarətinə düşən malların idaxalına, ixracına ve tranzitinə icazələr "Lisenziyalar ve icazələr haqqında" Azərbaycan Respublikasının Qanunu, "İxrac nəzarəti” haqqında Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 dekabr 2005-ci il tarixli 230 saylı ve 09 fevral 2006-cı il tarixli 42 saylı qərərları ilə tənzimlənir.

İxrac nəzarətinə düşən va Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların idxalına, ixracına ve tranzitinə icazəni 5 saylı Bakı "ASAN Xidmət” mərkəzi vasitasilə almaq olar.

"Lisenziyalar va icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunlarında müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir.

"Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Energetika Nazirliyi tərəfindən verilən icazələr üçün dövlət rüsumu nəzərdə tutulmamışdır.

Xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs.

Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər.

Birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 327 nömrəli qərarı ilə “Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləğləri” ilə müəyyən edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci 27 aprel tarixli 180 nömrəli qərarı ilə “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) və 12  (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləğləri” ilə müəyyən edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.2-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir.

Sifarişçinin tikinti obyektlərinin enerjitəchizatı müəssisəsinin enerjitəchizatı şəbəkəsinə qoşulmasını təsdiq edən sənəd.

Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə vətəndaşa məlumat verilir.

Vahid mərkəzdən idarə olunan 110 kV-luq sistem əhəmiyyətli və 110 kV-dan  yuxarı ötürücü elektrik şəbəkələri, onların dispetçer idarəetmə vasitələri və ona tabe olan enerji istehsalçıları.

Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsi.

Enerji təchizatı müəssisəsi ilə sifarişçi arasında balans mənsubiyyəti sərhədini müəyyənləşdirən sənəd.

Müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs.

Elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı.

Elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı.

Yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı.

Verilmiş texniki şərtlərə əsasən elektrik şəbəkəsinə qoşulması nəzərdə tutulan yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizatı sxemini dəyişən elektrik qurğularının mülkiyyətçisi, yaxud bu qurğuları istifadəyə götürmüş hüquqi və fiziki şəxs.

Enerji təchizatı müəssisəsi ilə sifarişçi arasında elektrik qurğularının və avadanlıqlarının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən ayırma nöqtəsi.

Enerji təchizatı müəssisəsi ilə sifarişçi arasında elektrik qurğularının və avadanlıqlarının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən sənəd.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.