2018-ci ildə Energetika Nazirliyinin 4 xidməti elektronlaşıb

 

2018-ci ildə Energetika Nazirliyinin mövcud “Elektron xidmətlər” (www.e-xidmet.minenergy.gov.az) portalı yenidən işlənərək istifadəyə verilib. Bu dövrdə nazirlik tərəfindən həyata keçirilən 4 xidmət tam elektronlaşıb və nazirliyin “Elektron xidmətlər” portalında yerləşdirilib. Bura "İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri daxildir.  

“Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” və “Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” xidmətlərindən istifadə etməklə tətbiq edilən cərimələrin ödənilməsi üçün www.asanpay.az portalına keçid verilib.

Hesabat dövründə Energetika Nazirliyi tərəfindən verilən 11 icazə “Dövlət xidmətləri” portalına (www.dxr.az) daxil edilib. Bununla da nazirlik tərəfindən verilən bütün icazələrin (17 icazə) “Dövlət xidmətləri” portalında yerləşdirilməsi təmin edilib. “İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi”, “Qazın istehsalına və təbii qazın emalına icazə”, “Sənaye qaz qurğusunun istismarına icazə”, “Neft və neft məhsullarının emalına icazə”, “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi” xidmətlərindən nazirliyin “Elektron xidmətlər” portalına keçid verilib.

e xidmet

Energetika

Tədbirlər

 Mediada biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent  $/b 74,19
 flag usa2x  WTI  $/b 64,92
 az  Azeri Light  $/b 77,23
Apellyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici
məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps az

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.