Energetika naziri və nazir müavinləri Salyan, Gəncə və Hacıqabulda vətəndaşları qəbul edəcək

 

Fevralın 18-də Energetika naziri Pərviz Şahbazov Salyan şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.

Fevralın 14-də isə Energetika nazirinin müavini Samir Vəliyev Gəncə şəhərində sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (Ünvan: Kəpəz rayonu, Gəncə-Bakı şosesinin kənarı) təşkil olunacaq. Həmin gün nazir müavini Elnur Soltanov isə Hacıqabulda vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (ünvan: İsmət Qayıbov küçəsi 7) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Salyan və Hacıqabul rayonları üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, tel: (050) 225-34-86, email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.,  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.), Gəncə şəhəri üzrə isə Agentliyin Gəncə filialı (əlaqələndirici şəxs Vüsal Paşayev, tel: (055) 233-97-99, email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it., This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) vasitəsilə müraciət edə bilərlər. 

Bununla yanaşı, vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

qebul gunu fevral WEB AZE

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.