Energetika naziri Pərviz Şahbazov türkiyəli həmkarı ilə görüşüb

 

Energetika naziri Pərviz Şahbazov “Türk axını” qaz kəmərinin açılış mərasimi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz ilə görüşüb. Görüşdə Türkiyədə qaza tələbatın ödənilməsində “TANAP” və “Türk axını” layihələrinin əhəmiyyəti qeyd edilib. 2019-cu ildə Türkiyəyə 27,3% çox Azərbaycan təbii qazının nəqli yüksək qiymətləndirilib. Söhbət zamanı ikitərəfli və regional enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib. Həmçinin bərpa olunan enerji sahəsində təcrübə mübadiləsinə dair məsləhətləşmələr aparılıb.  

1

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.