Buxarestdə AERA və Rumıniyanın enerji tənzimləyici qurumunun nümayəndələri görüşüb

 

Rumıniyanın paytaxtı Buxarestdə işgüzar səfərdə olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın enerji tənzimləyici qurumu ANRE-nin (National Regulatory Authority for Energy) nümayəndələri ilə bir sıra əhəmiyyətli görüşlər keçirib.

Enerji qurumlarının lisenziyalaşdırılması, tariflərin tətbiqi qaydaları və metodologiyası, topdansatış və pərakəndə satış bazarlarının tənzimlənməsi, həmçinin təminatçıların növləri və fəaliyyət qaydalarına həsr edilmiş sessiyalarda iştirak edən AERA nümayəndə heyəti rumın enerji tənzimləyicisinin təşkilati strukturu, fəaliyyəti ilə tanış olublar və bazarın monitorinqi, bazar operatoru, ötürücü və tənzimləyici qurumlar arasındakı səlahiyyət bölgüsü, mübahisələrin həlli və istehlakçıların haqlarının qorunması, bərpa olunan enerji və enerji effektivliyi mövzusundakı müzakirələrdə iştirak ediblər. Görüşlərdə yerli mütəxəssislər AERA nümayəndələrini maraqlandıran müxtəlif sualları cavablandırıblar. 

Qeyd edək ki, səfər Rumıniyada enerji tənzimlənməsi sahəsində tətbiq edilən təcrübələrin öyrənilməsi və əldə edilmiş praktiki biliklərin Azərbaycanda tətbiqi mexanizmlərinin təhlili məqsədilə təşkil edilib.

2171

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.