Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumunda iştirak edəcək

 

intenergycharterlogoCari ilin 13 iyun tarixində Albaniyada Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. Forumda Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edəcək. Nazir müavininin “Enerji diversifikasiyası, bərpa olunan enerji və enerji səmərəliliyi” mövzusunda çıxışı nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən etibarən əməkdaşlıq edir. Ötən il ölkəmiz Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulub. 2020-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edəcək və bu çərçivədə cari ildə Bakıda Beynəlxalq Enerji Xartiyası Forumunun keçirilməsi planlaşdırılır.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.