AERA nümayəndəsi Minskdə keçirilən enerji məsələlərinə dair iki beynəlxalq tədbirdə iştirak edir

 

Minsk şəhərində "Mənzil idarəçiliyi və binalarda enerji səmərəliyi" mövzusunda təlim seminarı start götürüb. 4 gün davam edəcək tədbir BMT Avropa İqtisadi Komissiyasının (UNECE), BMT Məskunlaşma Proqramının (UN-HABITAT) və Belarus hökümətinin birgə təşkiIatçılığı iIə keçirilir.

Seminarda Belarus Respublikasında şəhərsalma fəaliyyəti, yaşayış binaları və torpaq idarəçiliyinə dair dayanıqlı inkişaf hədəflərinin təşviqi nöqteyi-nəzərdən enerji təminatı və kommunal xidmətlərin effektivliyinin yaxşılaşdırılması məsələləri müzakirə olunur. Tədbirdə iştirak edən Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya dövlətlərindən gəlmiş müvafiq sahə üzrə ekspertlər öz ölkələrinin təcrübələrini bölüşürlər. Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvü olan Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) də təlimlərdə təmsil olunur. 

Eyni vaxtda Belarus paytaxtında Azərbaycan tərəfinin iştirakı ilə daha bir beynəlxalq enerji forumu keçirilir. Belə ki, enerji sahəsində tənzimləyici qurumlar üçün 8-ci illik Şərq Tərəfdaşlığı seminarı işə başlayıb. Rəqəmsallaşdırma mövzusuna həsr olunmuş seminar Şərq Tərəfdaşlığı ölkələrinin enerji sahəsində tənzimləyici qurumlarının nümayəndələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsini nəzərdə tutur. Tədbirdə iştirak edən AERA nümayəndəsi müvafiq sahə üzrə hazırladığı ətraflı və informativ təqdimatla çıxış edir. 

erra1

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.