Azərbaycanın Energetika naziri “OPEC plus” tədbirində iştirak edəcək

 

opec 123Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov sabah Səudiyyə Ərəbistanına səfər edəcək. Nazir 19 mayda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında iştirak edəcək.

İclasda qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək. OPEC-in dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyalarının təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın aprel ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı nəzərdən keçiriləcək.

Səfər zamanı bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.