EMTA nümayəndəsi Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Budapeştdə keçirilən seminarında iştirak edir

 

aera enEnerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) və Kommunal Xidmətlərin Tənzimlənməsi üzrə Milli Assosiasiyanın (NARUC) təşkilatçılığı ilə keçirilən enerji tənzimləyicilərinin 5-ci texniki seminarı Budapeştdə öz işinə başlayıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sponsorluğu ilə 4-5 aprel tarixlərində təşkil edilmiş ikigünlük seminarın ilk günündə “Qaz infrastrukturu layihələrinin xərcləri və gəlirlərinin təhlili: analitik üsullar və alətlər” mövzusunda diskussiyaların keçirilməsi, ikinci günündə isə gündəlikdəki mövzulara dair fərqli tapşırıqların icrası nəzərdə tutulub.

Müzakirələr zamanı tənzimləyici qurumların qaz infrastrukturu layihələrinin xərcləri və gəlirlərinin təhlillərinə dair təcrübələrinə həsr olunmuş fərqli təqdimatlar və tematik araşdırmalar nümayiş etdirilir, müxtəlif ölkələrin tənzimləyici qurumlarının, ötürücü sistem operatorunun təcrübəsi öyrənilir. 

Macarıstan paytaxtında keçirilən tədbirdə Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının assosiativ üzvü olan Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi nümayəndəsi də iştirak edir. Nümayəndələr xərclərin və gəlirlərin təhlili mexanizminin əhəmiyyəti barədə praktik biliklər əldə edir, interaktiv məşğələlərdə iştirak edirlər. Beləliklə, tənzimləyicilər investisiya layihələrinin qiymətləndirilməsi sahəsində müvafiq təcrübəyə yiyələnərək bu mexanizmdən istifadə metodologiyasını öyrənmiş olurlar.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.