Energetika nazirinin müavini "Şərq Tərəfdaşlığı" üzrə enerji nazirlərinin görüşündə iştirak edəcək

 

EAP MOTTOAprelin 2-də Rumıniyanın paytaxtı Buxarest şəhərində "Şərq Tərəfdaşlığı" üzrə enerji nazirlərinin görüşü keçiriləcək. Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində təşkil ediləcək iclasda Azərbaycanı energetika nazirinin müavini Elnur Soltanov təmsil edəcək.

Tədbirdə Şərq Tərəfdaşlığı proqramının 10-cu ildönümü ilə əlaqədar energetika sahəsində gələcək əməkdaşlıq perspektivləri, Şərq Tərəfdaşlığı üzrə mayeləşdirilmiş təbii qaz (LNG) şəbəkəsi, enerji infrastrukturu - təbii qaz və elektrik enerjisi layihələri, enerji səmərəliliyi mövzularında müzakirələr aparılacaq, energetika sektorunda məqsəd və prioritetlər üzrə irəliləyişlər nəzərdən keçiriləcək.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildən Avropa İttifaqı tərəfindən həyata keçirilir.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.