Energetika naziri Pərviz Şahbazov Qazaxıstanlı həmkarı ilə görüşüb

 

Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov  Qazaxıstanın energetika naziri Kanat Bozumbayevlə görüşüb. Bakının neft sənayesinin beşiyi olduğunu vurğulayan Pərviz Şahbazov düz bir əvvəl OPEC Baş katibinin ölkəmizə səfəri zamanı irəli sürülən “OPEC plus” tədbirlərindən birinin Bakıda keçirilməsi təklifinin reallaşmasını Azərbaycanın bu format çərçivəsində roluna diqqətin göstəricisi hesab edib.

Görüşdə hər iki ölkənin yeni “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində götürdükləri öhdəliklərin icra səviyyəsi, qlobal enerji bazarının vəziyyəti və Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində görülən işlər ətrafında müzakirələr aparılıb.

Kanat Bozumbayev “Kaşaqan”, “Tengiz” və digər  yataqların işlənməsi, yaxın gələcəkdə  əlavə həcmlərin dünya bazarına nəqli üçün nəzərdən keçirilən marşrutlar barədə fikirlərini bölüşüb. Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti və mayeləşdirilmiş təbii qazın (LNG) Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
 Kanat Bozumbayev energetika nazirini  2019-cu ilin sentyabrında Astanada keçiriləcək “Qazaxıstan enerji həftəsi”nə dəvət edib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.