Energetika Nazirliyində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi müzakirə edilib

 

Energetika Nazirliyində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar yaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan tərəfindən olan üzvlərinin iştirakı ilə iclas keçirilib.

İclasda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin cari vəziyyəti,  növbəti addımlar və bu işə məsul qurumların  öhdəlikləri müzakirə edilib. Komissiyanın həmsədri, energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, bu sazişin icrası strateji əhəmiyyət daşıyır. Ona görə də işlərin sürətləndirilməsi və  qarşılıqlı məlumat mübadiləsi vacibdir.

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi ilə bağlı işçi qrupun gördüyü işlərə dair məruzələr  dinlənilib. Bildirilib ki,  “Xudafərin” su bəndinin tikinti üzrə işlərin  95%-i  başa çatıb, “Qız Qalası” üzrə isə tikinti prosesinin gələn il tamamlanması gözlənilir.

Qeyd edək ki, Birgə Texniki Komissiyanın tərkibinə Müdafiə, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Energetika, Fövqəladə Hallar, Ədliyyə, İqtisadiyyat, Maliyyə, Mədəniyyət Nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Meliorasiya və Su Təsərrüfatı, “Azərenerji”, “Azərişıq” ASC-lərin nümayəndələri daxildir.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.