Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanına səfər edəcək

 

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin dəvəti ilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti 13-16 yanvar 2018-ci il tarixində bu ölkədə səfərdə olacaq. Səfər zamanı keçiriləcək görüşlərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, “Saudi Aramco”  şirkəti ilə əməkdaşlıq perspektivləri, eləcə də  dünya neft bazarının tənzimlənməsi istiqamətində Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC)  çərçivəsində  Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud əlaqələrin  inkişafına  dair bir sıra məsələlərin müzakirəsi planlaşdırılır. Nümayəndə heyətinin Səudiyyə Ərəbistanında bir sıra istehsalat komplekslərinə baş çəkməsi də nəzərdə tutulub. 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.