Energetika naziri Pərviz Şahbazov OPEC-in Baş katibi ilə görüşüb

 

Vyanada OPEC+nazirlərinin 4-cü görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşüb. Görüşdə neft hasilatının artırılması ilə bağlı qəbul olunmuş qərar müzakirə edilib. Neft bazarında tarazlığın bərpa edilməsi prosesində iştirakçıların rolu yüksək qiymətləndirilib. Neftin gələcək illərdə artan tələbatı ödəməsi və enerji balansında mövqeyinin möhkəmlənməsi üçün OPEC+ formatında əməkdaşlığın davam etdirilməsinin vacibdliyi qeyd edilib. Qəbul edilmiş qərarın icra prosesi ətrafında fikir mübadiləsi aparılıb. OPEC-in Baş katibi, Azərbaycanın OPEС+ əməkdaşlığına bundan sonra da töhfə verəcəyinə əminliyini ifadə edib.

Energetika naziri Pərviz Şahbazov söhbət zamanı OPEC+ tədbirlərindən birinin gələn il Azərbaycanda keçirilməsi təklifini diqqətə çatdırıb.  Nazir neft sənayesinin ilkin məkanı kimi Bakıda belə bir tədbirin keçirilməsinin neft ölkələri üçün tarixi bir hadisə olacağını qeyd edib. 

23.06.18

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.