OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşib

 

OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının  (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin  (JMMC) 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb. OPEC Katibliyindən Energetika Nazirliyinə daxil olmuş məktubda  Birgə Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq 17-18 mart 2019-cu il tarixində keçirilməsi təklif olunub.

Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEC çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib.  2016-cı ildən etibarən Azərbaycan OPEC+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal  iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib.

Opec

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.