Energetika Nazirliyində ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib

 

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. Energetika naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə cari ildə energetika sahəsində əldə olunan nailiyyətlərdən danışıb, bu sahədə aparılan əsaslı islahatlardan bəhs edib. Energetika Nazirliyinin il ərzində gördüyü işləri və dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı son vəziyyəti diqqətə çatdırıb. Bildirilib ki, 2018-ci il mühüm enerji layihələrinin başa çatması, yeni sazişlərin imzalanması, eləcə də elektroenergetika və bərpa olunan enerji sahəsində mühüm tədbirlərlə yadda qalıb. Energetika Nazirliyinin  hazırda  həyata keçirdiyi islahatyönümlü tədbirlər, layihələr və hazırlanan yeni qanunlar isə yaxın gələcəkdə energetika sektorunda, bərpa olunan enerji sahəsində köklü dəyişikliklərə imkan yaradacaq.

İclasda Energetika Nazirliyinin neft-qaz, elektronergetika, bərpa olunan enerji, enerji səmərəliliyi sahələri, strateji yol xəritələri üzrə  fəaliyyətinə və beynəlxalq əməkdaşlığa dair hesabatlar dinlənilib. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dair məsələlər müzakirə edilib.

Yekunda 2019-cu ildə görüləcək  işlər, qarşıda duran vəzifələr nəzərdən keçirilib və müvafiq tapşırıqlar verilib.

1

2

3

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.