Energetika naziri Pərviz Şahbazov 18 oktyabrda keçiriləcək “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda iştirak üçün Çinə səfər edib. “Kəmər və Yol“ təşəbbüsü çərçivəsində ilk dəfə keçirilən Energetika Nazirlərinin Konfransında energetika naziri Pərviz Şahbazovun da çıxışı nəzərdə tutulub. Əsas məqsədi “Kəmər və Yolun Enerji Tərəfdaşlığı”nın qurulmasından ibarət olan tədbirdə bu əməkdaşlıq qlobal inkişafın hərəkətverici qüvvəsi kimi nəzərdən keçiriləcək. “Kəmər və Yol“ təşəbbüsü qurşağında yerləşən ölkələr arasında qarşlıqlı mənfəətli və bərabərhüquqlu tərəfdaşlıq şəbəkəsinin yaradılması imkanları araşdırılacaq. Enerji sahəsində investisiyaların sadələşdirilməsi, gələcəyin enerjisi və enerji məhsullarının maneəsiz ticarəti mövzularında müzakirələr aparılacaq. Konfransın yekununda “Kəmər və Yolun Enerji Tərəfdaşlığının Qurulmasına dair Nazirlərin Birgə Bəyannaməsi”nin qəbulu planlaşdırılır. 
    Qeyd edək ki,“Kəmər və Yol“ təşəbbüsü Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülüb. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan da bu təşəbbüsə dəstəyini ifadə edib. 

 

Xəbərlər

Energetika

Tədbirlər

CQD AZ

 Mediada Biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent $/b  66.24
 flag usa2x  WTI  $/b 55.82
 az  Azeri Light  $/b 66.16
Appelyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici Məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.