Energetika Nazirliyi və “BP-Azerbaijan” bərpa olunan enerji mənbələri sahəsində Anlaşma Memorandumu imzaladılar

 

Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və "BP-Azerbaijan" Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə Anlaşma Memorandumu (AM) imzaladılar.

Bu memorandum Azərbaycan Hökumətinin bu yaxınlarda ölkədə bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın formalaşdırılmasına başladığını bəyan etməsi kontekstində imzalanıb.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov deyib:

“Ölkəmizdə alternativ və bərpa olunan enerjinin istehsalını artırmaq, enerji təhlükəsizliyinin təminatında bu enerjinin rolunu gücləndirmək bu gün dövlət başçısı tərəfindən qarşıya qoyulan həlli vacib məsələlərdir.  Bərpa olunan enerji sahəsinin inkişafı üçün  hazırda beynəlxalq təcrübə öyrənlir, qanunvericilik bazası yaradılır, beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır. Bu gün imzalanmış bu sənədlə Azərbaycanın indiyə qədər  bərpa olunan enerji mənbələri üzrə gördüyü işlər yeni inkişaf mərhələsinə daxil olacaq. İnanıram ki,  BP ilə neft-qaz sahəsində möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəmiz  bərpa olunan enerji  sahəsində də faydalı olacaq və biz birlikdə təmiz enerjinin inkişafına töhfə verəcəyik”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Biz ölkədə bərpa olunan enerji mənbələri üzrə potensialı başa düşmək və birlikdə araşdırmaq üçün Hökumətlə birgə işləməyə hazırıq və Azərbaycanda bərpa olunan enerji sektoru üçün planlaşdırılan bazanın yaradılmasını dəstəkləyirik.

Biz 20 ildən artıqdır ki, dünya miqyasında bərpa olunan enerji mənbələri sektorunda fəaliyyət göstəririk və Azərbaycanla bölüşə biləcəyimiz böyük təcrübəmiz var. Bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin dünyada ən sürətlə artan enerji forması olaraq qalacağı gözlənilir, çünki istifadə olunan enerji resursları tərkibcə az karbonlu mənbələrə doğru dəyişir. Bu yaxınlarda Hökumətin bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın yaradılması barədə verdiyi bəyanatı alqışlayırıq və bu sahədə ölkənin səylərinə dəstək olmaq üçün bugünkü Anlaşma Memorandumunu imzalamaqdan məmnunuq.”

BP dünyada az karbonlu enerji mənbələrinə keçidlə bağlı gündəlikdə duran məsələlərin reallaşdırılmasına yardım etmək öhdəliyi götürüb və dünyanın atmosferə daha az tullantılar buraxmaq şərtilə daha çox enerji istehsal etmək səylərinə dəstək verir.

Bərpa olunan enerji sektorunun ilkin iştirakçılarından biri kimi “BP Alternative Energy” bu sahədə böyük təcrübəyə malikdir və bu gün o, üç platformada (bərpa olunan yanacaqlar, bərpa olunan enerji və bərpa olunan məhsullar) əhəmiyyətli portfelə sahibdir və əlavə imkanlar üzərində iş aparır.

1

5

6

Xəbərlər

Energetika

Tədbirlər

CQD AZ

 Mediada biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent  $/b 67.27
 flag usa2x  WTI  $/b 58.64
 az  Azeri Light  $/b 68.82
Apellyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici
məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps az

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.