BP ilə Azərbaycanda alternativ enerji imkanları müzakirə edilib

 

Energetika naziri Pərviz Şahbazov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində BP ilə əməkdaşlıq imkanları müzakirə edilib. Nazir Pərviz Şahbazov BP ilə neft-qaz sahəsində uzunmüddətli və səmərəli əməkdaşlığın alternativ enerji sahəsində də faydalı olacağını deyib. BP-nin rəqabətədayanıqlı dəyər yaratmaqla alternativ enerji mənbələrinə keçid prosesində rolunu, külək və günəş enerjisi ilə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Bərpa olunan enerji sahəsində hədəflərə nail olmaq üçün vaxt itirmədən fəaliyyətə başlamağın zəruriliyini vurğulayıb.

Qəri Counz isə BP-nin “azkarbonlu gələcək” təşəbbüsünü təşviq edən öhdəliyindən bəhs edərək bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib. Bu potensialın reallaşdırılması ilə enerji təchizatının təhlükəsizliyinin artacağını, iqtisadiyyatın diversifikasiyasına töhfə veriləcəyini və qaz ehtiyatlarının daha yüksək marja ilə istifadəsinə imkan yaranacağını söyləyib.

BP-nin alternativ enerji biznesinin inkişafı üzrə məsul şəxsi Marco Candeloro və planlaşdırma və komersiya üzrə rəhbəri Nayl Henderson tərəfindən “Azərbaycanda alternativ enerji imkanları” adlı təqdimat edilib. Bildirilib ki, bərpa olunan enerji mənbələri gələcəyin enerjisi kimi dünya enerji balansında mövqeyini getdikcə gücləndirir. Rəqabətqabiliyyətli olmağa başlayır. Proqnozlara görə, 2040-cı ildədək enerji tələbatındakı artımın 40 faizi bərpa olunan enerji mənbələri hesabına ödəniləcək. Paris Sazişini imzalamış ölkə kimi Azərbaycanın 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarının 35 faizini azaltmaq öhdəliyinin olduğu diqqətə çatdırılıb. Bərpa olunan enerjidən istifadənin genişləndirilməsinin bu öhdəliklərin icrasına kömək edəcəyi qeyd olunub.

Bərpa olunan enerji mənbələri sektorunun inkişaf etdirilməsində əməkdaşlıq etmək üçün birgə işçi qrupunun yaradılması və BP ilə Energetika Nazirliyi arasında Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması təklif edilib.

1

2

3

Xəbərlər

Energetika

Tədbirlər

CQD AZ

 Mediada Biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent $/b  66.24
 flag usa2x  WTI  $/b 55.82
 az  Azeri Light  $/b 66.16
Appelyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici Məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.