Energetika Nazirliyində 1678 müraciətə baxılıb

 

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Respublikasının Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı məsələləri ilə bağlı 1678 ərizə və müraciət daxil olub.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin 47,2 faizi elektrik enerjisi, 28,7 faizi qaz təchizatı ilə bağlı olub. 24 faiz müraciətlər isə digər məzmunlu məsələləri əhatə edib.

Elektrik enerjisi təchizatı üzrə qəbul edilmiş 792 müraciətin 295-i elektrik sayğaclarının quraşdırılması və ödənişlərin hesablanmasında çətinliklərin yaranması, 105-i enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtlərin verilməsi, 110-u enerji təchizatında yaranmış fasilələr, 282-i isə elektrik enerjisinin verilişində yaranan digər çatışmazlıqlarla bağlı olub.

2018-ci ilin 10 ayı ərzində nazirlikdə istehlakçıların qaz təchizatı ilə bağlı 483 müraciət qeydə alınıb. Bunlardan 57-i qaz xəttinə qoşulma, 67-i qazın verilişində yaranmış fasilələr, 256-ı sayğaclarının quraşdırılması və izafi borcun yaranması, 103-ü isə qaz təchizatında yaranmış digər problemlərə aid olub.

Bu dövr ərzində istehlakçılar tərəfindən nazirliyə ünvanlanan müraciətlərdən  1110-u nazirlik və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb, 37 müraciət mahiyyəti üzrə təhlil edilərək müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Energetika Nazirliyinə daxil olan bütün ərizə və müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, elektrik enerjisindən və qazdan istifadə qaydalarına, elektroenergetika və qaz təchizatı haqqında mövcud qanunvericiliyə uyğun olaraq icra edilib.

Xəbərlər

Energetika

Tədbirlər

CQD AZ

 Mediada Biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent $/b  66.24
 flag usa2x  WTI  $/b 55.82
 az  Azeri Light  $/b 66.16
Appelyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici Məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.