Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib

 

Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Astanada səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. Pərviz Şahbazovu Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek qəbul edib. Görüşdə iki ölkə arasında mədəni-tarixi əlaqələrin enerji-nəqliyyat layihələri ilə möhkəmlənərək inkişaf etdiyi, bütün sahələr üzrə yüksək əməkdaşlıq münasibətlərinin mövcudluğu qeyd edilib. Energetika naziri hər iki ölkə prezidentlərinin mütəmadi görüşlərinin ölkələr arasında əməkdaşlığa böyük töhfə verdiyini söyləyib. Cari ilin 9 ayı ərzində ticarət dövriyyəsi və idxal-ixrac əməliyyatlarında artımın olmasını qarşıya qoyulmuş vəzifələrin icrasının göstəricisi kimi qiymətləndirib. Əməkdaşlıq üçün perspektiv istiqamətlərdən bəhs edib. Nazir İpək Yolu üzərində yerləşən ölkələr kimi Azərbaycan  və Qazaxıstanın nəqlliyyat sahəsində yeni layihələr həyata keçirmək, kənd təsərrüfatı, turizm, hava nəqliyyat, müdafiə sənayesi və gəmiqayırma sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.  

Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek bütün sahələr üzrə əməkdaşlıq potensialından istifadəyə hazır olduqlarını, Bakı-Tbilsi-Qars dəmir yolu vasitəsilə böyük həcmlərdə yükdaşımalarına və kənd təsərrüfatı, xüsusilə tərəvəz  məhsullarının idxalına maraq göstərdiklərini bildirib.

Görüşdə Qazaxıstanda turizm və ticarət evlərinin açılması məsələsi də  müzakirə edilib.

Qazaxıstanın Milli İqtisadiyyat naziri Timur Süleymanov ilə görüşdə isə ikitərəfli əməkdaşlıq məsələləri və 2018-2020-ci illəri əhatə edən Strateji yol xəritəsi üzrə ötən dövr ərzində görülən işlər müzakirə edilib. Qazaxıstanın infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı, energetika və kənd təsərrüfatı sahəsində işçi qrupları səviyyəsində baxılan məsələlərin reallaşdırılmasının vacibliyi qeyd olunub. Gələn il bir sıra ikitərəfli iqtisadi tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

1

2

4

IMG 3107

IMG 3112

IMG 3113

 

 

Xəbərlər

Energetika

Tədbirlər

CQD AZ

 Mediada Biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent $/b  66.24
 flag usa2x  WTI  $/b 55.82
 az  Azeri Light  $/b 66.16
Appelyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici Məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.