Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 25 iyun 1992-ci ildə İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb və Azərbaycan həmin tarixindən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təsisçi üzvüdür.

Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova Ermənistan, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan, Ukrayna və Serbiya təşkilata üzv ölkələrdir. Təşkilat regional əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək və region dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə yaradılıb.

Azərbaycan Respublikası QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir və QDİƏT-in əlaqədar təşkilatlarında fəal iştirak edir

2005-2007-ci illərdə Azərbaycan Respublikası enerji üzrə işçi qrupun fəaliyyətini koordinasiya edib.

05-09 sentyabr 2007-ci il tarixində Ankara şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Türkiyənin Elektrik Enerjisi Resursları Araşdırma və İnkişaf Administrasiyası tərəfindən Enerji səmərəliliyi və enerji menecmenti mövzusunda keçirilən seminarda iştirak edilib.

15 may 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Üzv Dövlətlərinin İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Energetika Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.