İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Regional Planlaşdırma Şurası

 

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Regional Planlaşdırma Şurası 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb.1992-ci il noyabrın 28- də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan ECO-ya üzv olub. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. ECO-nun əsas məqsədi üzv ölkələr arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdən ibarətdir.

Regional Planlaşdırma Şurası ECO-nun orqanıdır. Bu quruma üzv ölkələrin müxtəlif dövlət orqanlarının rəhbərləri daxildir. Regional Planlaşdırma Şurasının vəzifəsi Nazirlər Şurasının müzakirəsinə çıxarılacaq fəaliyyət proqramlarının hazırlanmasından ibarətdir. Regional Planlaşdırma Şurası ildə bir dəfədən az olmayaraq toplanır.

06-08 may 2013-cü il tarixində İranın Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 23-cü iclasında Energetika Nazirliyi də təmsil olunub.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.