Asiya İnkişaf Bankı, Mərkəzi və Qərbi Asiyada iqlim dəyişikliyinin iqtisadiyyatı üzrə Texniki Dəstək Proqramı

 

Asiya İnkişaf Bankı, Mərkəzi və Qərbi Asiyada iqlim dəyişikliyinin iqtisadiyyatı üzrə Texniki Dəstək Proqramı 2012-ci ilin iyul ayında AİB idarə heyəti tərəfindən təsdiq edilib və Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Respublikalarını əhatə edir.

Mərkəzi və Qərbi Asiya regionunda İqlim Dəyişmələrinin İqtisadiyyatı-İqlim Dəyişiklikləri Fondu (1.25 mln ABŞ dolları) və Təmiz Enerji maliyyələşdirilməsi üzrə Tərəfdaşlıq Fondunun (Clean Energy Financing Partnership Facility) Asiya Təmiz Enerji Fondu (2.00 mln ABŞ dolları) tərəfindən maliyyələşdirilir.

Ekoloji cəhətdən davamlı inkişafı, hərtərəfli iqtisadi inkişafı və regional inteqrasiyanı hədəfləyərək, enerji (enerji effektivliyi və konservasiyası,) kənd təsərrüfatı, təbii ehtiyatlar və regionların inkişaf etdirilməsi (su əsaslı təbii ehtiyatların idarə edilməsi) kimi sahələri əhatə edir. Proqram 2 əsas komponentdən ibarətdir:

  1. iqlim dəyişikliyinə adaptasiya - Əfqanıstan, Qırğızıstan və Tacikistanda enerji və su mənbələrinə iqlim dəyişikliyinin mənfi təsirinin azaldılması;
  1. iqlim dəyişikliyinin azaldılması (mitiqasiya) - Azərbaycan, Qazaxıstan və Özbəkistanda enerji və nəqliyyat sektorunda istilik effekti yaradan qazların (İEYQ) emissiyasını azaltmaq.

İkinci  komponent  üzrə  Texniki  Dəstək  Proqramı  Azərbaycan,  Qazaxıstan  və  Özbəkistan Respublikalarını əhatə edir və burada məqsəd energetika və nəqliyyat sektorlarında aşağı karbon tullantılı prioritet kapital qoyuluşlarını müəyyən etmək, iqlimə təsirin yumşaldılması üzrə tədbirlərin, o cümlədən, Milli Səviyyədə Məqbul Mitiqasiya Tədbirlərinin (NAMA) planlaşdırılması, həyata keçirilməsi və monitorinqi metodlarına dair məlumatlar vermək, bu sahədə praktiki nümunələri və regionda bu günədək olan inkişafı ön plana çıxarmaq, qabaqcıl təcrübələr barədə informasiya mübadiləsini asanlaşdırmaqdır. Mitiqasiya Komponenti üzrə fəaliyyətə 2013-cu ilin may ayından etibarən başlanılıb. Proqram hər üç ölkədə, prioritet hesab olunan azaldılma tədbirlərinin həyata keçirilməsində dövlət və özəl sektor maliyyələşdirmələrinin artmasını hədəfləyib. Proqramın icrası çərçivəsində iqlim dəyişikliyinin iqtisadiyyatı, NAMA və iqlim dəyişikliyi ilə bağlı investisiyaların konsepsiyaları üzrə regional hesabatlar dərc olunur.

02 mart 2018-ci il tarixində Bakıda Asiya İnkişaf Bankının (AİB) “Elektrik Enerjisi Sektorunun Maliyyə Bərpası Planının hazırlanması” Texniki Yardım Layihəsi çərçivəsində “Excel” proqramı əsasında qurulmuş və elektrik tariflərinin hesablanmasının Analitik Modelinin təqdimatı təlimi keçirilib. Təlimdə nazirliyin nümayəndəsinin iştirakı təmin edilib.

6 aprel 2018-ci ildə Energetika Nazirliyində rəhbərliyin iştirakı ilə  Asiya İnkişaf Bankının “Maliyyə bərpa planının hazırlanması” proqramı çərçivəsində növbəli görüş keçirilib.

6 iyun 2018-ci ildə Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə “2019-2023-cü illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması” mövzusunda iclas keçirilib.

19 aprel 2018-ci ildə Energetika Nazirliyində AİB-in Müstəqil Qiymətləndirmə Missiyası ilə Ölkəyə Yardım Proqramının Qiymətləndirilməsi çərçivəsində görüş keçirilib.

17 may 2018-ci ildə Bakıda AİB-in “Bilik və Dəstək üzrə Texniki Yardım” üzrə seminarı keçirilib.

16 may 2018-ci ildə Energetika Nazirliyində AİB-in Müstəqil Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə Ölkəyə Yardım Proqramının Qiymətləndirilməsi (ÖYPQ) ilə bağlı iclas keçirilib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.