Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı

 

Asiya İnkişaf Bankı tərəfindən 2001 -ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq (CAREC) Proqramı özündə 11 ölkəni (Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Banki, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir və Proqramın əsas məqsədi əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafın və yoxsulluğun azaldılmasına nail olmaqdır.

Proqramın əsas prioritet istiqamətləri nəqliyyat, ticarət və energetika sahələridir. 2001 -ci ildən başlayaraq adıçəkilən sahələrə 21 milyard investisiya cəlb edilib.

Proqram üzrə hər il bir ölkə seçilir və həmin ölkədə yüksək səviyyəli tədbirlər keçirilir. Hər 3 prioritet sahə üzrə keçirilən tədbirlərin yekunu olaraq ilin sonuna yaxın Yüksək Səviyyəli Rəsmilərin İclası keçirilir və həmin iclasda sonuncu toplantı olan üzv ölkələrin Nazirlər Konfransına sənədlər təqdim olunur.

Energetika sahəsində ildə 2 dəfə Enerji Sektorunun Əlaqələndirici Komitələrinin toplantıları keçirilir. Komitədə ölkəmizi Energetika Nazirliyi təmsil edir.

CAREC Proqramının ölkə üzrə əlaqələndiricisi qismində isə İqtisadiyyat Nazirliyi çıxış edir. CAREC Proqramının ölkə üzrə əlaqələndiricisi qismində İqtisadiyyat Nazirliyi çıxış edir və hər il keçirilən tədbirlərdə təşkilatçılıq məhz İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

CAREC Proqramının hər il üzv ölkələrin birində keçirilən tədbirlərində (Enerji sektorunun əlaqələndirici komitəsinin, Yüksək səviyyəli rəsmilərin iclasları, Nazirlər Konfransı və 2015-ci ildən başlayaraq Enerji sektoru üzrə İnvestisiya Forumlarında) CAREC Enerji sektorunun əlaqələndirici komitəsinin daimi üzvü qismində 2012-ci ildən etibarən Energetika Nazirliyinin nümayəndəsi təmsil olunur.

23-25 may 2011 -ci il tarixində Bakı şəhərində CAREC Enerji sektorunun Əlaqələndirici Komitəsinin iclası keçirilib. "Energetika sahəsində Azərbaycanın strateji mövqeyi” mövsuzunda çıxış edilib.

06-07 iyun 2012-ci il tarixində Çin Xalq Respublikasının Hoxxot şəhərində keçirilən CAREC proqramı çərçivəsində yüksək rütbəli rəsmi şəxslərin tədbirlərində iştirak edilib.

03-05 iyul 2012-ci il tarixində Qazaxıstanın Astana şəhərində Beynəlxalq Enerji Agentliyi, Qazaxıstan Hökuməti və CAREC proqramının birgə təşkilatçılığı ilə keçirilən "BEA-Xəzər Enerji Siyasəti” dialoq və təlim iclasında iştirak edilib.

06-07   iyun   2013-cü   il   tarixində   Türkmənistanın    Aşqabad   şəhərində    təşkil    olunan    Enerji sektorunun Əlaqələndirici Komitəsinin 15-ci iclasında Energetika Nazirlyinin nümayəndəsi də olub.

27-28 iyun 2013-cü il tarixində Qazaxıstanın Almatı şəhərində CAREC proqramının növbəti Yüksək Vəzifəli Rəsmilərin iclası olub.Tədbirdə proqramın prioritet sahələri üzrə fəaliyyət planlarının icrası, 2012-ci il üçün proqramın İnkişaf Səmərəliliyi üzrə xülasəsi, tərəqqi hesabatı və cari ildə

keçiriləcək proqramın12-ci Nazirlər Konfransının mövzu və strukturu müzakirə edilib.

10-12 sentyabr 2013-cü il tarixində Qazaxıstanın Almatı şəhərində CAREC proqramı çərçivəsində Enerji sektoru üzrə Əlaqələndirici Komitəsinin növbəti 16-cı iclası keçirilib.

İclasda Yüksək Vəzifəli Rəsmilərin iclaslarının 6 aylıq hesabatı dinlənilib, 2013-2015-ci illər üzrə Komitənin Energetika sektoru üzrə İş Planı və digər məsələlər müzakirə edilb.

02-03 aprel 2014-cü il tarixində CAREC Proqramı çərçivəsində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Enerji sektoru üzrə Əlaqələndirici Komitənin 17-ci toplantısında Energetika Nazirliyi də təmsil olunub.

04-05 sentyabr 2014-cü il tarixində Çinin paytaxtı Pekin şəhərində CAREC Proqramı çərçivəsində Enerji sektoru üzrə Əlaqələndirici Komitənin 18-ci toplantısında iştirak təmin olunub.

23- 25 sentyabr 2015-ci il tarixində Monqolustanın Ulan-Bator şəhərində CAREC çərçivəsində

Yüksək Vəzifəli Rəsmilərin İclasında, İnvestisiya Forumunda və 14-cü Nazirlər Konfransında iştirak edilib.

10 -14 aprel 2016-cı il tarixində Pakistan İslam Respublikasının İslamabad şəhərində CAREC Proqramı çərçivəsində Enerji Sektorunun Əlaqələndirici Komitəsinin 21-ci iclasında və Enerji Tənzimlənməsi üzrə seminarda iştirak edilib.

24- 26 oktyabr 2016-cı il tarixində Pakistan İslam Respublikasının İslamabad şəhərində CAREC Proqramının 1-ci Enerji İnvestisiya Forumunda və 15-ci Nazirlər Konfransında iştirak təmin edilib.

21-24 noyabr 2016-cı il tarixində Avstraliyanın Viktoriya və Tasmaniya bölgələrində CAREC Proqramı çərçivəsində keçirilmiş "Avtonom elektrik təchizatı sistemləri və yeni texnologiyalar üzrə” təlim kursunda və Enerji Sektorunun Əlaqələndirici Komitəsinin 22-ci iclasında Energetika Nazirlyi də təmsil olunub.

17-20 aprel 2017-ci il tarixində CAREC Proqramı çərçivəsində Cənubi Koreyada "Enerji sahəsində İKT” tədbirinə Energetika Nazirliyinin nümayəndə heyəti qatılıb.

10-13 may 2017-ci il tarixində Tacikistanın paytaxtı Düşənbə şəhərində CAREC Proqramının Enerji Sektorunun Əlaqələndirici Komitəsinin 23-cü iclasında iştirak təmin edilib.

25 may 2017-ci il tarixində CAREC Proqramının yeni strateji çərçivə sənədinin hazırlanması üçün ilkin müzakirələrin aparılması məqsədi ilə Asiya İnkişaf Bankının nümayəndə heyətinin, o cümlədən Energetika Nazirliyinin nümayəndəsinin iştirakı ilə Bakıda seminar təşkil edilib.

16-21 iyul 2017-ci il tarixində Qazaxıstanın Astana şəhərində CAREC Proqramı çərçivəsində Enerji İnvestisiya Forumu və Enerji Sektorunun Əlaqələndirici Komitəsinin növbəti iclası keçirilib.

8 noyabr 2017-ci il tarixində Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində 11 üzv ölkənin (Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Monqolustan və Çin), USAİD, Dünya Bankı və CAREC İnstitutunun nümayəndələrinin iştirakı ilə Enerji Sektoru üzrə Əlaqələndirici Komitənin video konfrans formatında növbəti iclası keçirilib. Tədbirdə Energetika Nazirliyinin elektroenergetika şöbəsinin əməkdaşları təmsil olunub. İclasda energetika sahəsində yüksək texnologiyaların tətbiqi, üzv dövlətlər arasında regionların elektrik enerjisi ilə etibarlı təmin edilməsi, enerji təhlükəsizliyi, regionlarda enerji resurslarının inkişafinin balanslaşdırılması, enerjinin dayaniqli iqtisadi yüksəlişi və ekoloji təhlükəsizliyi, habelə regionların enerji bazarına inteqrasiyası və digər məsələlər müzakirə edilib. Müzakirələrdə bərpa olunan enerjidən (günəş enerjisi) istifadə etməklə 2025-2030-cu illərdə Hindistan, Almaniya, Fransa və Böyük Britaniyada, 2029-cu ilə qədər isə Çində elektromobillərin 100% kütləvi şəkildə tətbiq olunacağı qeyd edilərək, hazırda Çində 3 000 000 (üç milyon) elektromobil və 120 milyon skuterin istismar olunduğu diqqətə çatdırılıb. 2018-ci ilin aprel-may ayları ərəfəsində elektrik mühərriki ilə işləyən avtobus və elektromobillərin tətbiqi ilə əlaqədar Azərbaycandan başlamaqla, Gürcüstandan keçərək Xəzər dənizi boyunca Qazaxıstan, Tacikistan və sonuncu dayanacaq Pakistana yürüşün həyata keçiriləcəyi bildirilib.

12-13 mart 2018-ci il tarixində Bakıda "Asiyada enerji təhlükəsizliyinin təmin edilməsi:

alternativ və bərpa olunan enerjinin rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti və perspektivləri, enerji bazarı, enerjinin ötürülməsi zamanı baş verən itkilərin qarşısının alınması tədbirləri, bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlıq, iqlim dəyişiklərinin qarşısının alınması ilə bağlı 2030-cu ilə qədər istixana qazlarının 35% azaldılması məqsədilə götürülmüş öhdəliklər barədə çıxış dinlənilib. Seminarda nazirliyin nümayəndələrinin iştirakı təmin edilib.

13-14 mart 2018-ci il tarixində Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində Asiya İnkişaf Bankının CAREC Proqramı çərçivəsində Enerji Sektorunun Əlaqələndirici Komitəsinin 26-cı iclası keçirilib. İclasda Energetika şöbəsinin müdir müavini Asəf Rzayev və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Rzayev iştirak edib.

Tədbirdə Komitənin cari fəaliyyət istiqamətləri, CAREC-in yüksək texnologiyalar Yol Xəritəsi, CAREC Enerji sektorunun ortamüddətli İş Planı və strategiyasının CAREC-2030 yeni strategiyasına tam uyğunlaşdırılması məsələləri müzakirə edilib, Şərqi Asiya və Cənubi Asiya ölkələrinin regional enerji bazarının inkişafı, elektrik enerjisinin regional ticarətinin artırılması, ekoloji təmiz enerji texnologiyalarının prioritetləşməsi mövzusunda təqdimatlar nümayiş etdirilib.

10-12 sentyabr 2018-ci ildə Gürcüstanın Batumi şəhərində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İnkişaf Proqramı (CAREC) çərçivəsində Enerji Sektorunun Əlaqələndirici Komitəsinin növbəti 28-ci iclası və 3-cü Enerji İnvestisiya Forumu keçirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi Asəf Rzayev “Xəzər dənizinə dair razılaşma” haqqında təqdimatla çıxış edib. 

11 sentyabr 2018-ci ildə Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində nazir müavini Samir Vəliyevlə CAREC İnstitutunun direktoru Sanjaasuren Bayaraanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.