İRENA (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi)

 

İRENA (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi) rəsmi olaraq 26 yanvar 2009-cu il tarixində Bonn şəhərində təsis edilib. İRENA beynəlxalq səviyyədə bərpa olunan enerji sahəsi üzrə ən mötəbər beynəlxalq təşkilatlardan sayılır. Yarandığı dövrdən indiyə kimi təşkilata artıq 145 dövlət üzv olmuş və 31 dövlət isə üzvlüyə namizəddir.

Azərbaycan Respublikası 2009-cu ildən İRENA-nın üzvlüyünə qəbul edilib və 2014-cü il mayın 2-də Milli Məclisin qərarı ilə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.