Avropa Komissiyasının büdcəyə dəstək layihəsi

 

Büdcəyə dəstək layihəsi tərəfdaşlıq və qarşılıqlı hesabatlılıq əsasında siyasi dialoqu, tərəfdaş ölkələrin milli xəzinə hesablarına maliyyə transferləri, icra qabiliyyətinin qiymətləndirilməsi və potensialın gücləndirilməsini özündə ehtiva edir. Layihənin məqsədi yoxsulluğun aradan qaldırılması, davamlı iqtisadi inkişaf və demokratiyanın qurulması və sağlamlaşdırılmasıdır.

Avropa İttifaqı və tərəfdaş ölkələr arasında imzalanan Aİ büdcəyə dəstək layihəsinə dair müqavilədə, tərəfdaşlığın gücləndirilməsi məqsədilə yeni siyasi çərçivə daxilində aşağıdakı əsas prinsiplər və elementlərin tətbiqi nəzərdə tutulur:

  1. İnsan hüquqlarının fundamental prinsipləri, demokratiya və qanunun aliliyi ilə daha güclü əlaqə;
  1. Büdcəyə dəstək müqavilələrinin daha çox differensiyalaşması Aİ-yə tərəfdaş ölkələrin siyasi, iqtisadi və sosial vəziyyətlərinə daha yaxşı cavab verməsinə imkan verir;
  1. Hesabatlılıq və şəffaflığa daha güclü diqqətin göstərilməsi;
  1. Aİ-nin büdcəyə dəstək layihəsi üçün risklərin idarəedilməsi çərçivəsinin, həmçinin qərarların qəbul edilməsi prosesinin və strukturların gücləndirilməsi;
  1. Nəticələr, icra qabiliyyəti, irəlini görə bilmək və mülkiyyətçiliyə daha çox diqqətin yetirilməsi;
  1. Aİ koordinasiyasının gücləndirilməsi.

Büdcəyə dəstək proqramlarının xüsusi məqsədləri iki əsas prinsipə uyğun olaraq müəyyən edilir:

       1. Tərəfdaş ölkələrlə öz inkişaf siyasətləri, prioritetləri və məqsədlərini uyğunlaşdırmaq;

       2. Aİ-nin inkişaf siyasəti ilə uyğunlaşma, xüsusilə “Dəyişiklik üçün Gündəlik” (“Agenda for Change”)

Azərbaycanın energetika sektorunun inkişafı məqsədilə bu sahənin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması, müvafiq islahatların keçirilməsi və infrastrukturun yenidən qurulması zərurəti Avropa İttifaqının büdcəyə dəstək mexanizmindən yararlanmağı aktuallaşdırıb. Bu mexanizm vasitəsilə alternativ və bərpa olunan enerji mənbələri və enerjidən səmərəli istifadənin artırılması üçün Energetika Sahəsində İslahatlara Dəstək Proqramının (ESİDP) həyata keçirilməsi planlaşdırılıb.29 dekabr 2008-ci il tarixində Azərbaycan Respubliaksı Hökuməti ilə Avropa Komissiyası arasında “Energetika sahəsində islahatlara dəstək Proqramının Maliyyələşdirmə Sazişi” imzalanaraq, 2009-cu ildə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilib. 2009-cu ildə Avropa Komissiyasının Azərbaycana “Energetika Sahəsində İslahatlara Dəstək Proqramı”ı ilə bağlı ayırdığı 13.0 mln.avro məbləğində qrant vəsaitinin istifadəsi üzrə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında 6 istiqamətdən 4-ü üzrə Sənaye və energetika Nazirliyi benefisiar qismində sıxış edib. Bu istiqamətlər aşağıdakılar idi:

-ESİDP çərçivəsində texniki yardım və təchizat layihələrinin tender sənədlərinin hazırlanması;

-ESİDP-nin həyata keçirilməsinə dəstək layihəsi;

-ABOEM-dən istifadənin və ESİ-nin genişləndirilməsinə dəstək layihəsi; -ABOEM və ESİ üzrə pilot investisiya layihələrinin həyata keçirilməsi; Digər istiqamətlər /benefisiarlar aşağıdakılardan ibarət olub.

-Energetika sahəsində rəsmi statistikanın təkmilləşdirilməsi/ Dövlət Statistika Komitəsi;

-Dövlət Maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsinə dəstək layihəsi/ Maliyyə Nazirliyi

Energetika Nazirliyi ESİDP-nin icrası ilə bağlı lazımi tədbirləri həyata keçirib. Proqramın icrası ilə bağlı mütəmadi hesabatlar verilib.

2013-cü ildə “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.02.2013-cü il tarixli 810 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 191 nömrəli qərarına dəyişikliklər edilib. Bu dəyişikliyə görə ESİDP-nin benefisiarı qismində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) təsdiq olunub. Beləliklə Proqramın icrası Agentlik tərəfindən davam etdirilib. Proqramın icra müddəti ilkin olaraq 2010-2012-ci illər üçün nəzərdə tutulsa da, sonra bu müddət 2016-cı ilə qədər uzadılıb.

01 İyun 2018-ci ildə Bakıda Energetika Nazirliyi və “AZPROMO”nun təşkilatçılığı ilə Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Öttüngerin rəhbərlik etdiyi nümayəndə heyəti və Almaniya iş adamlarının iştirakı ilə birgə “dəyirmi masa” keçirilib. Tədbirdə energetika naziri Pərviz Şahbazov iştirak edib.

22 noyabr 2018-ci ildə Energetika Nazirliyində Avropa Komissiyasının TAİEX Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti çərçivəsində “Enerji auditi və enerji idarəetmə sistemləri” mövzusunda Avropa İttifaqının Ekspert Missiyası və bir sıra dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılıb.

14 yanvar 2019-cu ildə Energetika Nazirliyi və beynəlxalq ekspertlərin iştirakı ilə Avropa İttifaqının Texniki yardım və Məlumat mübadiləsi (TAİEX) aləti çərçivəsində enerji bazarının konsepsiyası, dizaynı və idarə edilməsi ilə bağlı seminar keçirilib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.