Beynəlxalq Energetika Agentliyi (International Energy Agency, İEA)

 

Beynəlxalq Energetika Agentliyi avtonom beynəlxalq orqan olaraq İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT-OECD) çərçivəsində 1974-cü ildə Parisdə yaradılıb. Hazırda təşkilat Avropanın OECD təşkilatının 29 üzv ölkəsini özündə birləşdirir. Təşkilatın əsas məqsədi dünya enerji resurslarının və energetik xidmətlərin tələb və təklif strukturunun təkmilləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlığın dəstəklənməsidir. Təşkilat reallıqda enerji resurslarının idxalçı ölkələrinə köməyi həyata keçirir.

Agentlik funksional olaraq üzv ölkələrin maraqlarına uyğun məlumat mərkəzi və məsləhətçi rolunda çıxış edir. Agentlik həmçinin, enerji təhlükəsizliyi. İqtisadi inkişaf və ətraf mühitin qorunması vəzifələri funksiyalarını da özündə birləşdirir.

Azərbaycan Agentliyin üzvü deyil. Buna baxmayaraq təşkilatın tədbirlərində mütəmadi olaraq iştirak edilir.

16-18 aprel 2015-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Avropa Komissiyası və Beynəlxalq Enerji Agentliyi tərəfindən birgə təşkil olunan Mərkəzi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji siyasəti icmalına həsr olunmuş nəşrlərin təqdimatı keçirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

16-20 oktyabr 2017-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq Enerji Agentliyinin EU4Energy proqramı çərçivəsində enerji səmərəliliyi mövzusunda təlim seminarı keçirilib.Tədbirdə Energetika Nazirliyinin nümayəndə heyəti iştirak edib.Tədbirdə enerji effektivliyi sahəsinin inkişaf etdirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, bu sahədə maarifləndirmə tədbirləri, enerji səmərəliliyinin stimullaşdırılması və enerji effektivliyi layihələrinə investisiyaların cəlb edilməsi kimi məsələlərə diqqət yetirilib.

24-25 oktyabr 2017-ci il tarixində Bakı şəhərində EU4Energy proqramı çərçivəsində “Enerji səmərəliliyi sahəsində siyasətin işlənməsi və həyata keçirilməsi ilə bağlı ixtisaslaşma üzrə Milli seminar” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”qanun layihəsinin hazırlanması ilə bağlı Nazirliklər arası işçi qrupun ikinci iclası keçirilib.

12-17 noyabr 2017-ci il tarixində Beynəlxalq Enerji Agentliyinin “EU4Energy” proqramı çərçivəsində “Müxtəlif Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası, Təqdimat və İnkişaf Siyasəti Forumu”nda iştirak məqsədilə Energetika Nazirliyinin əməkdaşları Eldar Şiriyev və Otel Hüseynov Belarusda səfərdə olublar.

12-16 mart 2018-ci ildə Ukraynanın Odessa şəhərində “EU4Energy” Proqramı çərçivəsində Beynəlxalq Enerji Agentliyi tərəfindən təşkil edilmiş “Ayliq Statistika Təlim və Mərkəzi Asiya, Qafqaz, Şərqi Avropa Ölkələri ücün Regional Treninq” həftəsi keçirilib və təlimdə Energetika Nazirliyinin əməkdaşı Həsən Abasov iştirak edib.

12 sentyabr 2018-ci ildə Bakıda səfərdə olan  Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birolun rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla görüşüb. Görüşdə Azərbaycanla Beynəlxalq Enerji Agentliyi (BEA) arasında gələcək əməkdaşlıq imkanları və ölkəmizin enerji sektoru üzrə hədəflərinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.