Beynəlxalq Enerji Xartiyası ilə əməkdaşlıq

 

Beynəlxalq Enerji Xartiyası ilə əməkdaşlıq Beynəlxalq Enerji Xartiyası soyuq müharibənin bitməsi ilə 1990-ci illərin əvvələrində Avropa qitəsində əvvəlki iqtisadi pərakəndəliyin aradan qaldırılması zərurətindən meydana gəlib. Qərb və Şərq arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri enerji sektorundakı qədər aydın deyildi və Avrasiya dövlətləri arasında enerji sahəsində əməkdaşlığın inkişafını təmin etmək ehtiyacı var idi. Bu mülahizələr əsasında Enerji Xartiyası prosesi yaranmışdır.

Dünyada qloballaşmanın və qarşılıqlı asılılığın artdığı bir dövrdə enerji ixracatçıları və enerji idxalçıları arasında qəbul olunmuş ümumi yanaşma ondan ibarətdir ki, beynəlxalq əməkdaşlıq üçün daha balansladırılmış və effektiv çərçivəni ikitərəfli sazişlərdən çox, çoxtərəfli qaydalar təmin edə bilər. Buna görə də, Enerji Xartiyası qlobal enerji təhlükəsizliyi üçün hüquqi baza yaratmaq səyləri kontekstində davamlı inkişaf prinsipləri və açıq, rəqabətli bazarlar əsasında mühüm rol oynayır.

Enerji Xartiyası müqaviləsi 1994-cü ilin dekabrında imzalanıb, 1998-ci ildən isə qüvvəyə minib. Enerji Xartiyası Sazişini bu günə kimi 52 dövlət, Avropa Birliyi və Euratom tərəfindən imzalanıb. (Müqavilənin üzvlərinin ümumi sayı - 54). Saziş 1991-ci ildə Avropa Enerji Xartiyası əsasında hazırlanıb. Nizamnamə özü Şərq və Qərb arasında enerji əməkdaşlığı təşviq edən siyasi bir iradə bəyanı olsa da, Enerji Xartiyası unikal hüquqi cəhətdən məcburi çoxtərəfli sənəddir.

Enerji Xartiyası Müqaviləsinin əsas məqsədi - vahid qaydalar yaradılması yolu ilə energetika sahəsində hüquqi normaların gücləndirilməsi və bütün iştirakçı hökumətlər tərəfindən bu qaydalara riayət edilməsi və energetika sahəsində investisiya və ticarət ilə bağlı risklərin minimuma endirilməsinənə nail olmaqdır. Azərbaycan  Enerji   Xartiyası   Müqaviləsini  17   dekabr  1994-cü   ildə   imzalayıb. Sənəd 16 aprel 1998-ci ildə isə qüvvəyə minib.

14-15 sentyabr 2017-ci il tarixlərində Brüssel şəhərində Beynəlxalq Enerji Xartiyasının (BEX) İcraiyyə Qrupunun və Büdcə komitəsinin növbəti iclasları keçirilib.İcraiyyə Qrupunun 14 sentyabr tarixində keçirilən iclasında Energetika Nazirliyinin “Dövlət proqramlarının hazırlanması və icrasına nəzarət” şöbəsinin əməkdaşı, İcraiyyə Qrupunun investisiya istiqaməti üzrə sədr müavini Pərviz Qəribzadə iştirak edib. İclasda Azərbaycan tərəfdən Aşqabad Bəyannaməsi, “Energetika sahəsində investisiya risklərinin qiymətləndirilməsi - 2017-ci ilin pilot hesabatı” və digər müzakirə edilən sənədlərlə bağlı rəy və təkliflər bildirilib.

15 sentyabrda baş tutan iclasda isə 09 iyun 2017-ci il tarixində Büdcə Komitəsinin iclasının yekun hesabatının təsdiq edilməsi, büdcəyə qoyulan ödənişlər,2016-cı ilin : maliyyə və audit hesabatları, 2017-ci ilin büdcə xərcləri, 2018 - 2019-cu illər üçün iş proqramı layihəsi, çoxillik öhdəlik və.s. digər məsələlər müzakirə edilib.

19-20 oktyabr 2017-ci il tarixində Brüssel şəhərində Beynəlxalq Enerji Xartiyasının İcraiyyə Qrupu, Strategiya Qrupu və Büdcə Komitəsinin 2017-ci il üçün yekun iclasları keçirilib. İclaslarda energetika sektorunda investisiya razılaşmalarına tətbiq olunan ümumi müddəalara dair təlimat, mayeləşdirilmiş təbii qaz müqavilələrinin potensial standartlaşmasına dair hesabat, enerji resurslarının tranziti ilə bağlı Çoxtərəfli Çərçivə sazişinə dair məsləhətləşmələr sənədi, Qırğızıstanda enerji səmərəliliyi,Aşqabad Enerji Xartiyasının Bəyannaməsi, enerji investisiya risklərinin qiymətləndirilməsi, “2018 Tehran Beynəlxalq Enerji Konfransı”və digər məsələlər müzakirə edilib. Hər üç tədbirdə Energetika Nazirliyinin nümayəndəsi, İcraiyyə Qrupunun investisiya istiqaməti üzrə sədr müavini Pərviz Qəribzadə iştirak edib.

28-30 noyabr 2017-ci il tarixində Türkmənistanın Aşqabad şəhərində keçirilmiş Enerji Xartiyası Konfransının 28-ci sessiyasında energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

31 yanvar - 3 fevral 2018-ci il tarixlərində Brüssel şəhərində Beynəlxalq Enerji Xartiyası İcraiyyə Qrupunun növbəti iclası və Modernləşdirmə üzrə alt qrupunun ilk iclası keçirilib.

1 fevral tarixində keçirilən İcraiyyə Qrupunun iclasında tranzit, enerji səmərəliliyi, Enerji Xartiyası Müqaviləsinin modernləşdirilməsi və Enerji İnvestisiya Risklərinin Qiymətləndirilməsi məsələləri müzakirə olunub. 2 fevral tarixində baş tutan Enerji Xartiyası Prosesinin Modernləşdirilməsi Alt Qrupunun ilk iclasında isə beynəlxalq enerji razılaşmalarında yeni tendensiyalar daxil olmaqla qlobal enerji əməkdaşlığı, investisiyaların təşviqi və qorunma standartları, tranzit məsələləri, Enerji Xartiyası Müqaviləsi üzrə tənzimləmə, eləcə də müqavilənin bəzi müddəalarına düzəlişlərin edilməsi mövzuları üzrə müzakirələr aparılıb.

Hər iki tədbirdə Energetika Nazirliyinin nümayəndəsi Pərviz Qəribzadə iştirak edib.

2020-ci ildə Azərbaycanın Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar qəbul edilib.

15 mart 2018-ci ildə Bakıda Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının Baş katibi Urban Rusnak, eləcə də dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlərin iştirakı ilə "Enerji səmərəliliyi haqqında” qanun layihəsi üzrə dəyirmi masa keçirilib.

15 mart 2018-ci ildə Enerji Xartiyasının dəstəyi ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin təqdimatı keçirilib.

17-26 mart 2018-ci ildə EN-nin əməkdaşları Ə.Həsənov və E.Kərimov Enerji Xartiyasının dəvəti ilə Brüsseldə ezamiyyətdə olub və ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin son variantı üzərində müzakirələrdə iştirak edib.

21 may 2018-ci ildə E4Energy proqramı çərçivəsində Energetika sektorunun uzunmüddətli inkişaf strategiyasının hazırlanması metodologiyası ilə bağlı Energetika Nazirliyində Enerji Xartiyası ekspertlərinin və aidiyyəti qurumların nümayəndələri iştirakı ilə iclas keçirilib.

5 iyul 2018-ci ildə Energetika Nazirliyində aidiyyəti qurumlar və Enerji Xartiyası nümayəndələrinin iştirakı ilə Avropa İttifaqının “EU4Energy” Proqramının dəstəyi çərçivəsində enerji sektorunun inkişaf strategiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə iclas keçirilib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.