Ətraf mühit, enerji və nəqliyyat məsələləri üzrə İşçi qrupu

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 iyun tarixli 834 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2012-ci il tarixli 2597 Sərəncamı ilə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib. Həmin Sərəncamla iqtisadiyyat naziri Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri və Azərbaycan Respublikasının energetika nazirinin müavini Natiq Abbasov isə Dövlət Komissiyasının üzvlərindən biri təyin edilib.

Komissiyanın tərkibində bir sıra işçi qrupları fəaliyyət göstərir. Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi Qruplarından biri də Energetika Nazirliyinin sədrlik etdiyi Ətraf mühit, enerji və nəqliyyat məsələləri üzrə İşçi Qrupudur. İşçi qrupunun rəhbəri Azərbaycan Respublikasının energetika nazirinin müavini Natiq Abbasovdur.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.