Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində fəaliyyət proqramı

 

2007-ci ildən etibarən Azərbaycanda Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) tətbiq olunur. Bu alət çərçivəsində Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsi üçün yardım göstərilməsi nəzərdə tutulur. AQTA-ya büdcəyə dəstək, Tvinninq, texniki yardım, TAİEX, SİGMA kimi yardım alətləri daxildir.

09-17 may 2009-cu il tarixində Almaniyada keçirilən “Azərbaycan Enerji Sektorunda Hüquqi Yanaşma və Struktur İslahatı” adlı Tvinninq layihəsinə Nazirliyin nümayəndə heyəti qatılıb.

28.06.2009-cu il tarixindən-04.07.2009-cu il tarixinədək Slovakiyanın Bratislava şəhərində “Azərbaycan Enerji Sektorunda Hüquqi Yanaşma və Struktur İslahatı” adlı Tvinninq layihəsi çərçivəsində keçirilən treyninq-səfərdə iştirak təmin edilib.

27.09.2009-cu il tarixindən-03.10.2009-cu il tarixinədək Almaniyada keçirilən “Azərbaycan Enerji Sektorunda Hüquqi Yanaşma və Struktur İslahatı” adlı Tvinninq layihəsində Energetika Nazirliyi təmsil olunub.

11-18 aprel 2010-cu il tarixində Avstriya və Slovakiyada “Azərbaycan Enerji Sektorunda Hüquqi Yanaşma və Struktur İslahatı” adlı Tvinninq layihəsi çərçivəsində işçi qrupu üzvlərinin Avropa İttifaqı ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədilə həmin ölkələrə səfərləri təşkil olunub.

AQTA çərçivəsində 2011-2013-cü illər üçün Avropa İttifaqı və Azərbaycan arasında prioritet əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, həmçinin bu sahələrə yardımın göstərilməsi məqsədilə Milli İndikativ Proqram imzalanıb.

2007-2013-cü illərdə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti həyata keçirilib. Onu 2014-

2020-ci illər üçün nəzərdə tutulmuş Avropa Qonşuluq Aləti əvəz edir. Avropa Qonşuluq Aləti qonşuluq siyasətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş əsas Aİ maliyyə alətidir.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.