Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü

 

Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” (ŞT) təşəbbüsü AQS çərçivəsində “şərq tərəfdaşları” kimi istinad edilən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının ikitərəfli gücləndirilməsini və çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir. ŞT çərçivəsində dərin və hərtərəfli azad ticarət sahəsində yeni əməkdaşlıq sazişləri, Aİ-nin maliyyələşdirdiyi proqramlar, “mobillik və təhlükəsizlik paktları”, vizasız səyahət, Aİ-nin əmək bazarına giriş, Aİ qanunvericiliyinə və standartlarına uyğunlaşma, insanlar arasında əlaqələr sahələrində əməkdaşlıq nəzərdə tutulur. Şərq Tərəfdaşlığı çoxtərəfli formatı çərçivəsində müzakirələrin aparılması üçün təsis olunan platformalardan biri Enerji təhlükəsizliyi üzrə Platformadır.Platforma çərçivəsində mütəmadi olaraq iclaslar keçirilir.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində 12-14 aprel 2011-ci il tarixində

Brüsseldə keçirilmiş Davamlı Enerji Həftəsində iştirak edilərək “Enerji təhlükəsizliyi” üzrə 3-cü

Platformada Azərbaycan elektroenergetika sistemi haqqında məruzə edilib.

30-31 may 2012-ci il tarixində Avstriyanın Vyana şəhərində Şərq Tərəfdaşlığının (ŞT) Enerji Təhlükəsizliyi üzrə 3-cü Platforması çərçivəsində keçirilmiş ŞT ölkələrinin enerji tənzimləyici qurumlarının seminarında iştirak edilib.

9-12 dekabr 2015-ci il tarixində Belçikanın Brüssel şəhərində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı (ŞT) proqramının “Enerji təhlükəsizliyi” üzrə 3-cü çoxtərəfli platformasının 14-cü iclası keçirilib. İclasa Energetika Nazirliyinin nümayəndəsi qatılıb.

15-19 may 2017-ci il tarixində Ukraynanın Kiyev şəhərində Enerji Təhlükəsizliyi platforması çərçivəsində Enerji Tənzimləyicilərinin 6-cı illik seminarı keçirilib və Nazirlik tədbirdə təmsil olunub.

20 sentyabr 2017-ci il tarixində Bakı şəhərində Şərq Tərəfdaşlığı çərçivəsində Avropa Xarici Fəaliyyət Xidməti və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət qulluqçularının sertifikasiyası: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib. Energetika Nazirliyinin nümayəndəsinin qatıldığı tədbirdə Avropa İttifaqının Şərq Tərəfdaşlığına daxil olan ölkələrin dövlət idarəçiliyi sahəsində həyata keçirdikləri islahatlarla bağlı təcrübələri bölüşülüb.

5 iyun 2018-ci ildə Brüssel şəhərində Şərq Tərəfdaşlığı proqramının yenilənmiş çoxtərəfli əməkdaşlıq ölçüsü çərçivəsində Enerji Panelinin ilk iclası keçirilib. İclasda Energetika Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilib.

2 aprel 2019-cu ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində "Şərq Tərəfdaşlığı" üzrə enerji nazirlərinin görüşü keçirilib. Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində təşkil edilən iclasda Azərbaycanı energetika nazirinin müavini Elnur Soltanov təmsil edib. Tədbirdə Şərq Tərəfdaşlığı proqramının 10-cu ildönümü ilə əlaqədar energetika sahəsində gələcək əməkdaşlıq perspektivləri, Şərq Tərəfdaşlığı üzrə mayeləşdirilmiş təbii qaz (LNG) şəbəkəsi, enerji infrastrukturu - təbii qaz və elektrik enerjisi layihələri, enerji səmərəliliyi mövzularında müzakirələr aparılıb.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.