BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və Komissiyanın Davamlı Enerji Komitəsi

 

BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən 1947-ci ildə yaradılıb. Azərbaycan 30 iyul 1993-cü ildən UNECE-nin üzvüdür. UNECE BMT-nin 5 Regional Komissiyasından biridir. UNECE-nin əsas məqsədi Avropa İttifaqının üzvü olmayan Şərqi və Qərbi Avropa, Müstəqil Dövlətlər Birliyi və Şimali Amerikanın 56 ölkəsini özündə birləşdirən üzv ölkələrin ümum Avropa iqtisadiyyatına inteqrasiyasına köməklik göstərməkdir.

UNECE-nin 8 sektorial komitələri fəaliyyət göstərir:

  • Ətraf mühit siyasəti üzrə Komitə
  • Daxili nəqliyyat üzrə Komitə
  • Avropa statistika konferensiyası
  • Davamlı Enerji üzrə Komitə
  • Ticarət üzrə Komitə
  • Meşə və meşə sənayesi üzrə Komitə
  • Yerdən istifadə və ev təsərrüfatları üzrə Komitə
  • İqtisadi əməkdaşlıq və inteqrasiya üzrə Komitə

Azərbaycan Respublikasının Energetika Nazirliyi UNECE-nin sektorial komitələrindən biri olan Davamlı Enerji Komitəsi ilə əməkdaşlığı həyata keçirir.

UNECE-nin Davamlı Enerji Komitəsinin fəaliyyətini həyata keçirmək məqsədilə komitənin tərkibində 6 ekspertlər qrupu və 1 mərkəz yaradılıb. Bunlara aşağıdakılar daxildir:

  • Enerji Effektivliyi üzrə ekspertlər qrupu
  • Bərpa olunan enerji üzrə ekspertlər qrupu
  • Ehtiyatların təsnifatlaşdırılması üzrə ekspertlər qrupu
  • Kömür mədənindən alınan metan üzrə ekspertlər qrupu
  • Mədən yanacağından alınan təmiz elektrik enerjisi istehsalı üzrə ekspertlər qrupu
  • Təbii Qaz üzrə ekspertlər qrupu
  • Qaz Mərkəzi

17-19 sentyabr 2013-cü il tarixində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Davamlı inkişaf üçün enerji” IV-cü Beynəlxalq Forumda Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

23-25 oktyabr 2013-cü il tarixində Qazaxıstan Respublikasının Astana şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) texniki əməkdaşlıq layihəsi çərçivəsində “Yaşıl texnologiyaların təşviqi və maliyyələşdirilməsi” mövzusunda keçirilən birgə milli seminarda və “İnnovativ ekoloji təmiz texnologiyaların maliyyələşdirilməsi və inkişafı üzrə maraqlı tərəflərin toplantısı”nda iştirak edilib.

12-13 noyabr 2013-cü il tarixində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı keçirilən “Enerji Effektivlik-21 Proqramı” üzrə Rəhbər Komitənin 24-cü sessiyasında Energetika Nazirliyi təmsil olunub.

04-06 noyabr 2014-cü il tarixində Avropa İqtisadi Komissiyasının (UNECE) Davamlı Energetika Komitəsinin təşkilatçılığı ilə Tunisdə “Davamlı inkişaf üçün Energetika” üzrə V Beynəlxalq Forum keçirilib. Forumda Energetika Nazirliyinin nümayəndəsinin iştirakı təmin olunub.

08-12 fevral 2015-ci il tarixində İsraildə UNECE və İsrail Hökumətinin birgə təşkil etdiyi “Enerji səmərəliliyi və bərpa olunan enerji layihələri və siyasəti üzrə regionlararası seminar və təlim səfəri həyata keçirilib. Seminarın məqsədi elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən alınan elektrik enerjisinin payını artırmaq və enerjidən səmərəli istifadə yolları barədə iştirakçıları məlumatlandırmaqdan ibarət olub. Seminara Energetika Nazirliyinin nümayəndəsi də qatılıb.

UNECE tərəfindən “Davamlı İnkişaf üçün Energetika” üzrə VII Beynəlxalq Forumu 18-21 oktyabr 2016-cı il tarixində Azərbaycanda keçirilib. Forum çərçivəsindəki panel diskussiyalar və toplantılarda Nazirlyin Elektroenergetika şöbəsi tam tərkibdə iştirak edərək, “National Power Grid infrastructure and existing development plans. Overview of national power markets” adlı təqdimatla çıxış edib.

11 iyun 2017-ci il tarixində Qazaxıstanın paytaxtı Astanada “Davamlı İnkişaf üçün Energetika” VIII Beynəlxalq Forumu və Nazirlər Konfransı keçirilib. Tədbirdə energetika nazirinin müavininin rəhbərliyi nümayəndə heyəti iştirak edib.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.