BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP)

 

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) 1947-ci ildə yaradılıb. 53 üzv və 9 assosiativ üzvdən ibarətdir. Azərbaycan 31 iyul 1992-ci ildən təşkilata üzvdür. Təşkilatın icraçı katibi Pakistanlı Şamsad Axtardır. Təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın təşviqi, nəticələrə yönəlmiş layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsindən ibarətdir. UNESCAP-ın fəaliyyət göstərdiyi 9 istiqamətdən biri məhz enerjidir. Azərbaycan Respublikası mütəmadi olaraq, UNESCAP-ın Asiya və Sakit okean üzrə İqtisadi və Sosial icmalını hazırlayaraq təşkilata təqdim edir.

2 fevral 2016-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində BMT-nin baş katibinin müavini və Asiya və UNESCAP-ın icraçı katibi xanım Şamşad Axtarın Azərbaycana səfəri çərçivəsində regionda iqtisadi vəziyyətin perespektivləri və BMT-nin 2030-cu il üçün davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə həsr olunan sessiya təşkil olunub. Həmin tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

15-19 may 2017-ci il tarixində Taylandın Banqkok şəhərində UNESCAP-ın 73-cü sessiyası keçirilib.Tədbirdə energetika naziri müavininin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı təmin olunub.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.