Şahdəniz yatağı

 

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50­500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz” yatağının kəşf edilməsi və "Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixra edən ölkə kimi tanıdıb.

800x450 SD new

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş 4 iyun 1996-cı ildə imzalanaraq, həmin ilin oktyabr ayının 17-də qüvvəyə minib. "Şahdəniz” - struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır. BP şirkəti Şahdəniz BM-in operatorudur.

"Şahdəniz Mərhələ 1” üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb. Mərhələ 1 üzrə maksimum hasilat ildə təxminən 10 milyard kub metr qaz və gündə 50000 barel kondensat təşkil edir.

2017-ci ildə "Şahdəniz” yatağından 10,2 milyard kubmetr təbii qaz çıxarılıb. İşlənmənin əvvəlindən indiyədək "Şahdəniz” yatağından təxminən 89,5 milyard kubmetr qaz, təqribən 22,2 milyon ton kondensat hasil edilib.

Şahdəniz Mərhələ 2

"Şahdəniz Mərhələ 2” və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi ŞD Mərhələ 1 layihəsindən hasil olunan illik 10 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layihədir.

Şahdəniz Mərhələ 2 üzrə cari konsepsiyaya aşağıdakılar daxildir:

  • körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi.
  • 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması.
  • quyuları sahildəki terminal ilə birləşdirəcək 500km uzunluğunda sualtı boru kəmərlərinin inşası.
  • dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi
  • yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal Terminalının genişləndirilməsi.

043 3631 01 b 660x330

"Şahdəniz Mərhələ 2” layihəsi üzrə ilk qazın 2018-ci ildə hasil edilməsi nəzərdə tutulur.
Şahdəniz layihəsi üzrə iştirakçı şirkətlərin pay bölgüsü aşağıdakl kimidir:

BP - 28,8 %

NICO - 10%

TPAO - 19%

LUKOIL - 10%

PETRONAS - 15,5 %

SGC (Upstream) - 6,7 %

SOCAR (AzŞD) - 10%

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.