Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlar bloku

 

Bakıdan təxminən 100 km şərqdə yerləşən Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağı Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır.

20 sentyabr 1994-cü il tarixində Bakıda Azərbaycan hökuməti və altı xarici ölkəni təmsil edən 11 beynəlxalq neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı üç çox mühüm neft yatağının - Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin işlənməsi üçün imzalanan Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) yeni neft strategiyasının başlanğıcını qoydu və bu strategiyanın həyata keçirilməsi ölkənin sürətlə inkişaf edərək Avropanın enerji xəritəsini dəyişdirə bilən mühüm qlobal enerji təchizatçısına çevrilməsinə imkan yaratdı.

Bu, Azərbaycanın dənizdə işlənmələr üzrə birinci HPBS-dir. HPBS qərb transmilli şirkətləri tərəfindən keçmiş Sovet İttifaqı respublikalarında yatırılan ilk mühüm sərmayə qoyuluşunu təmsil edir və Əsrin Müqaviləsi kimi tanınmışdır.

Bu yatağın əməliyyatçısı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) adından çıxış edən BP şirkətidir.

2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə 28,9 milyon ton neft hasil olunub. Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatın başladığı 1997-ci il noyabr ayından indiyə kimi 448 milyon ton neft və 141,5 milyard kubmetr qaz hasil edilib. “Azər-Çıraq-Günəşli”dən əldə olunan hasilatın ümumi həcmindən 250 milyon ton (56 faiz) Azərbaycanın mənfəət neftinin payına düşür.

2017-ci ilin sentyabr ayının 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalanıb. Bununla da “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi müddəti 2050-ci ilə qədər uzadılıb.           Müqavilədə mənfəət

karbohidrogenlərinin bölgüsü Azərbaycana 75 faiz, podratçı tərəflərə 25 faiz müəyyənləşdirilib.

Podratçı qismində çıxış edən Azərbaycan AÇG şirkətinin mövcud layihə üzrə payı 11,6 faizdən 25 faizə artırılıb. Saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən Neft Fonduna ümumilikdə 3,6 milyard ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur. 2018-ci il yanvarın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fonduna yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

Hasilatın Pay Bölgüsü Sazişinə əsasən yataqlar blokunda şirkətlərin payları aşağıdakı kimidir:

BP - 30,37 %

INPEX - 9,31 %

TPAO - 5,73%

SOCAR - 25 %

Statoil - 7,27 %

ITOCHU - 3,65 % ONGC

Chevron - 9,57 %

Exxon Mobil - 6,79 %

VIDESH - 2,31 %

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.