Qərb İxrac Boru Kəməri-QİBK

(Bakı-Supsa)

 

qibkQərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.

Uzunluğu 833 kilometr olan Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır.

1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze arasında Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılıq əldə olunub. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilib. Azəri, Çıraq, Günəşli yataqlardan çıxan ilkin Azərbaycan neftinin Bakı-Supsa neft kəməri vasitəsilə nəqli nəzərdə tutulurdu. Bakı- Supsa neft kəməri ilə ilkin Azərbaycan nefti 1999-cu il aprelin 17-də ixrac olunmağa başlayıb. QİBK obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstandadır), 1 ərsinburaxma stansiyası (Azərbaycanda) daxildir. QİBK Supsada 4 rezervuara malikdir. Rezervuarların ümumi həcmi 1 milyon barreldir. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azəri light" markası ilə dünya bazarına çıxarılmasıdır. Bununla yanaşı, kəmərin digər üstünlüyü neftin Supsaya Novorossiyskə nisbətən daha ucuz nəql olunmasıdır.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.