Article Index

Enerji təchizatı nə zaman dayandırıla bilər?

sual cavab 07.10.19


Elektrik şəbəkəsinə onlayn necə qoşulmaq olar?

azerishiq mariflendirici

 


Elektrik sayğaclarının qorunmasına görə məsuliyyət

sual cavab1


 “Əsrin müqaviləsi”nin 25 illiyi və "Neftçilər Günü" münasibətilə Azərbaycanın bütün neft sənayesi işçilərini, neftçilərimizi təbrik edirik!

neftinin qizil illeri


“Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsini nəzərdə tutan müqavilənin yeni variantda 2050-ci ilədək uzadılmasından iki il ötür.

azerichiraq guneshli ve

 


Ekoloji cəhətdən ən təmiz enerji nüvə enerjisi hesab olunur.
Nüvə enerjisi qlobal elektrik enerjisi istehsalının təqribən 10%-ni təşkil edir.
2017-ci ildə 393 QVt olan nüvə enerjisi gücü 4 QVt artaraq, 2018-ci ildə 397 QVt olub.
Beynəlxalq qurumların hesablamalarına görə, nüvə reaktorları 2018-ci ildə cəmi 2,563 trilyon kilovatsaat elektrik enerjisi istehsal edib ki, bu da 2017-ci il üzrə göstəricilərdən 2,4%, yəni 2,502 trilyon kilovatsaat çoxdur. 6 il ərzində nüvə enerjisi istehsalında artım davam edib və 2012-ci ilə nisbətən 2018-ci ildə 217 milyard kilovatsaat təşkil edib. 2019-cu ilin iyun ayında dünyada aktiv nüvə reaktorlarının sayı 457 olub ki, onun da 99 ədədi ABŞ-ın payına düşüb. Fransada 58, Çində 46, Yaponiyada 42, Rusiyada 37 reaktor fəaliyyətdədir. 5 ölkədə fəaliyyət göstərən reaktorların sayı dünya üzrə ümumi göstəricinin 62%-ni təşkil edib.

mariflendirici 13.09.19


Kerosinin balinaları xilas etdiyini bilirsinizmi?
Məlumatlara görə, kerosin emalına başlanması bəzi balina növlərini məhv olmaq təhlükəsindən xilas edib.
Buna qədər yağ lampaları üçün yanacaq kimi daha çox balina yağı istifadə olunub.
Məhz kerosinin meydana gəlməsi ilə balina yağının satışı və istifadəsi dayandırılıb.

kerosin balina

 


Enerji pasportu nədir?
Enerji pasportu yaşadığınız və ya istifadə etdiyiniz binanı sizə tanıdır, binanın istehlak etdiyi enerjinin miqdarı, növü, ətraf mühitə atılan tullantılarla bağlı məlumat verir, enerji üzrə səmərəli bina ilə səmərəsiz bina arasındakı fərqi göstərir. Hazırda dünyada tətbiq olunan enerji pasportlarında bina haqqında əsasən aşağıdakı məlumatlar əksini tapır:
1. Binanın modeli;
2. Enerji sərfi sinfi;
3. Karbon qazı buraxılması sinfi;
4. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə;
5. İsti su üzrə enerji sərfi;
6. Binanın havalandırılması üzrə enerji sərfi;
7. Binanın qızdırılması üzrə enerji sərfi;
8. Binanın soyudulması üzrə enerji sərfi;
9. Binanın işıqlandırılması üzrə enerji sərfi;
10. Pasportun verilməsi üzrə səlahiyyətli təşkilat və ekspertlər barədə məlumatlar.
Bir çox ölkələrdə yeni tikilən binalarda səmərəlilik sinfi C-dən aşağı olduğu təqdirdə binanın istifadəsinə icazə verilməməsi nəzərdə tutulur. 
Azərbaycanda bina və qurğuların enerji pasportlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar”ı ilə tənzimlənir. Bu Qaydalara əsasən, bina və qurğunun enerji pasportu - mövcud olan bina və qurğuların, həmçinin bina və qurğuların və onların qoruyucu konstruksiyalarının layihələrinin enerji, istilik texnikası və həndəsi xarakteristikalarının qeyd olunduğu sənəddir. Qaydalara görə, bina və qurğular elə layihələndirilib tikilməlidir ki, onların istismarı zamanı enerji resurslarının səmərəli istifadəsi təmin olunsun. Binaların və qurğuların enerji pasportu enerji səmərəliliyinin xüsusi istilik göstəricisinin binanın qoruyucu konstruksiyalarının istilik mühafizə və xüsusi xarakteristikasının tikinti normaları ilə təyin olunmuş göstəricilərə uyğunluğunun təsdiq edilməsi üçün nəzərdə tutulub.

enerji pasportu

 


Bu il ilk dəfə olaraq 22 iyun tarixi Dünya Bərpa Olunan Enerji günü kimi qeyd ediləcək. Beynəlxalq 100% Bərpa Olunan Enerji Platforması və Bərpa Olunan Enerji Səfiri müğənni Ruslana tərəfindən başladılan, bərpa olunan enerji dünyasının nailiyyətlərinə və faydalarına həsr olunan Bərpa Olunan Enerji Günü "Fridays For Future" ortaqlığında elan edilərək, qeyri-hökumət təşkilatları, yerli özünüidarəetmə orqanları və bərpa olunan enerji sahəsindəki bir çox təşkilat tərəfindən dəstəklənəcək. Tədbirin rəsmi açılışı 22 iyun 2019-cu il tarixində saat 15.00-da Bonn şəhərində Birləşmiş Millətlər Təşkilatının qərargahında başlayacaq və BMT İqlim Dəyişikliyi Konfransı SB50-yə paralel olaraq reallaşdırılacaq. Dünya Bərpa Olunan Enerji Gününü dəstəkləmək istəyən təşkilatlar da bununla bağlı qərarı imzalayaraq öz ölkələrində belə tədbirlər təşkil edə biləcəklər.

boeg

 


BP şirkətinin 2019-cu il Dünya Enerjisi üzrə Statistik İcmalına görə, 2018-ci ildə dünya üzrə ilkin enerji istehlakı 2017-ci ilə görə 2,9% artaraq 13,9 milyard ton neft ekvivalenti olub. 2007-2017-ci illər üzrə orta illik artım 1,5% təşkil edib. Qlobal enerji istehlakındakı bu artım 2010-cu ildən bu tərəfə qeydə alınan ən böyük artım olub.

Qlobal enerji istehlakında ən önəmil pay sahibi Çin, ABŞ, Hindistan və Rusiya Federasiyası olub. Belə ki, dünya üzrə enerji istehlakının 23,6%-i Çinin,16,6%-i ABŞ-ın, 5,8%-i Hindistanın, 5,2%-i Rusiyanın payına düşüb. Bu dörd ölkənin payı qlobal enerji istehlakının 51,2%-ni təşkil edib. Çində enerji istehlakı 4,3%, Hindistanda 7,9%, ABŞ-da 3,5%, Rusiyada isə 3,8% artıb. Hesabata əsasən, Çin 18 il dünyanın ən çox illik artım müşahidə olunan enerji bazarı olub. Çinin enerji istehlakı 2018-ci ildə 3,2 milyard ton neft ekvivalenti olub ki, bu da Avropa Birliyinin enerji istehlakından təxminən 1,6 dəfə çoxdur. ABŞ-ın enerji istehlakı 2,3 milyard ton neft ekvivalenti, Hindistanın isə 809 milyon ton neft ekvivalenti olub. Bir çox Avropa ölkəsində, o cümlədən Almaniya, İtaliya, İsveç və Böyük Britaniyada ilkin enerji istehlakında azalma müşahidə edilib.   

Qlobal enerji istehlakının 33,6%-i neftin, 23,9%-i təbii qazın, 27,2%-i kömürün payına düşüb. Ənənəvi enerji resursları ilkin enerji istehlakının 84,7%-ni, nüvə enerjisi 4,4%-ni, hidroenerji 6,8%-ni, bərpa olunan enerji mənbələri isə 4,1%-ni təşkil edib.

İllər üzrə ən böyük artım təbii qazda müşahidə olunub. Qlobal təbii qaz istehlakı əvvəlki ilə nisbətən 5,3% artaraq 3,3 milyard ton neft ekvivalentini (3,9 trilyon kub metr) keçib. İstehlakda ən böyük artım Çin, Orta Şərq və Avropada müşahidə olunub. Təbii qaz istehlakında ən böyük pay 21,5%-lə ABŞ-ın payına düşüb. Onu 17,3%-lə Rusiya Federasiyası izləyib. Təbii qaz istehsalında ən böyük pay 21,2%-lə ABŞ-ın (817 milyard kub metr), 11,8%-lə Rusiyanın (455 milyard kub metr) olub.

İxracda kömür istehlakı dünya üzrə 1,4% artaraq 3,7 milyard ton neft ekvivalenti olub ki, bu da son 10 ildə kömür istehlakının ən çox olduğu il olub. Kömür istehsalının 50,5%-i Çinin, 12%-i Hindistanın, 8,4%-i ABŞ-ın payına düşüb.

Hesabata görə, nüvə enerjisi 2017-ci ilə nisbətən 2,4% artıb. Əsas pay 31,4%-lə ABŞ-ın, 15,3%-lə Fransanın və 10,9%-lə Çinin payına düşüb.

Hidroenerji 2017-ci ilə nisbətən 3,1% artıb. Əsas pay 28,7%-lə Çinin, 9,2%-lə Kanadanın və 9,2%-lə Braziliyanın payına düşüb.

Bərpa olunan enerji istehlakı əvvəlki ilə nisbətən 14,5% artıb. 2007-2017-ci illər üzrə orta illik artım isə 16,4% olub. Əsas pay 25,6%-lə Çinin, 18,5%-lə ABŞ-ın və 4,9%-lə Hindistanın payına düşüb. Çində artım 28,8%, ABŞ-da isə 9,8% olub.

2018-ci ildə bərpa olunan enerji mənbələri (hidroenerji daxil edilmədən) üzrə elektrik enerjisi istehsalı 2 480,4 milyard kilovat-saat olub ki, onun da 51,2%-i külək enerjisinin, 23,5%-i günəş enerjisinin, 23,7%-i isə digər mənbələrin payına düşüb. 

Qlobal elektrik enerjisi istehsalı 2018-ci ildə əvvəlki ilə nisbətən 3,7% artaraq 26 614.8 milyard kilovat-saat olub. 2007-2017-ci illər üzrə orta illik artım 2,5% təşkil edib. Elektrik enerjisi istehsalının 26,7%-i Çinin, 16,8%-i ABŞ-ın, 5,9%-i Hindistanın payına düşüb. 3 ölkədə enerji istehsalı dünya üzrə istehsalın 49,4%-ni təşkil edib. Çində il ərzində 7,7% artım qeydə alınıb. Elektrik enerjisi istehsalının 3,01%-i neftin, 23,2%-i təbii qazın, 37,95%-i kömürün, 10,1%-i nüvə enerjisinin, 15,8%-i hidroenerjinin, 9,3%-i bərpa olunan enerjinin, 0,6%-i isə digər mənbələrin payına düşüb. Neftdən 802.8, təbii qazdan 6182.8, kömürdən 10100.5, nüvə enerjisindən 2701.4, hidroenerjidən 4193.1, bərpa olunan enerji mənbələrindən 2480.4, digər mənbələrdən 153.8 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

bp baner marif


 

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) hesablamalarına görə, 2018-ci ildə dünyada bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış 2350,756 GVt gücün 70%-:i Çin, ABŞ, Braziliya, Almaniya, Hindistan, Kanada, Yaponiya, İtaliya, Rusiya və Fransanın payına düşüb. Bu olkələrdə bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış güc ümumilikdə 1659,633 GVt təşkil edib.

bboe

 


 

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) hesablamalarına əsasən, 2018-ci ildə dünyada bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış güc 2017-ci illə müqayisədə 7,86% artaraq 2350,756 GVt olub. Azərbaycanda hazırda iri su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı gücü 1276 MVt-dır ki, bu da ümumi elektrik enerjisi istehsalı gücünün 18%-ni təşkil edir. Bundan 1135 MVt hidroenerjinin, 66 MVt külək enerjisinin, 37 MVt günəş enerjisinin, 38 MVt bioenerjinin payına düşür.

boemp

 


 

aptek mm

 


 

Günəş enerjisinin 5 il ərzində 800 QVt artması, quraşdırlmış gücün isə 2022-ci ildə 1 TVt-dan çox olması gözlənilir. 2018-ci ilin sonunda, 500 QVt-ı aşan qlobal günəş enerjisi gücünün 2022-ci ildə 1000 QVt-a çatacağı proqnozlaşdırılır. “SolarPower Europe” tərəfindən nəşr olunan “2019-2023 Günəş Elektrik Enerjisi Qlobal Bazar Mənzərəsi” hesabatına əsasən, orta böyümə ssenarisinə görə, 2023-ci ildəki güc 1.300 MVt-a yaxınlaşacaq. Bununla birlikdə 2023-cü ildə quraşdırılmış gücün 1.610 MVt-a çatması da mümkündür. Hesabata görə, qlobal günəş enerjisi gücü 2018-ci ildə ilk dəfə 100 QVt həddini aşaraq 102,4 QVt artım göstərib. Bu artım ilə birlikdə ümumilikdə 500 QVt-ı keçən qlobal günəş enerjisi gücü 2018-ci ildə cəmi elektrik enerjisi istehsalının 2%-ni təşkil edib. Bununla yanaşı, ötən il günəş enerjisi investisiyalarının səviyyələndirilmiş elektrik enerjisi xərcləri (LCOE) 14% azalıb. Dünyanın yüksək radiasiya səviyyələri müşahidə olunan ərazilərində keçirilən yarışmalarda qiymət təklifləri kilovat-saat üçün 2 sentə (ABŞ dolları) qədər düşüb. Hesabatın orta böyümə ssenarisinə görə qlobal günəş enerjisi gücü 2019-cu ildə 128 QVt artım göstərərək il sonu 645 QVt-a çatacaq. İllik böyümə rəqəmi nizamlı şəkildə artaraq qlobal günəş enerjisi gücü 2020-ci ildə 144 QVt, 2021-ci ildə 158 QVt, 2022-ci ildə 169 QVt və 2023-cü ildə 180 QVt təşkil edəcək. Beləliklə, 2022-ci ildə 1.000 GVt səviyyəsinə çatacaq günəş enerjisi gücü 2023-cü ilin sonunda isə 1.297 QVt-a çata biləcək.

gunesh5il


 

Kondisioner alarkən qızdırmaq və ya soyutmaq istədiyiniz məkanın sahəsinə uyğun bir model seçilməsi mütləqdir. Çünki məkana görə kiçik olan kondisioner otağı lazım olan temperatura çatdıra bilməyəcək və mütəmadi işlədiyi üçün elektrik sərfi artacaq. Məkana görə böyük kondisioner isə otağı birdən soyudacaq və kompressor tez-tez qapanacağı üçün enerji sərfi çoxalacaq.

kondisioner


 

Yer kürəsindəki səhralar yalnız 6 saat ərzində Günəşdən bütün bəşəriyyətin il ərzində istifadə etdiyindən daha çox enerji alırlar. Günəş bütün planetin 500 min il ehtiyaclarına cavab vermək üçün bir saniyədə kifayət qədər enerji verir.

sehrada gunes


3 May - Beynəlxalq Günəş Günüdür. 1978-ci ildə ABŞ Prezidenti Cimmi Karter tərəfindən təsis edilən “Günəş Günü”nün qeyd edilməsində məqsəd günəş enerjisindən istifadəni dəstəkləməkdir. Yer üzünə düşən sutkalıq günəş enerjisi dünyada istifadə olunan illik enerjidən təxminən 1,5 dəfə çoxdur. Beynəlxalq Enerji Agentliyinin “Qlobal enerji və CO2 statusu hesabatı”na görə 2018-ci ildə qlobal günəş enerjisi gücü 2017-ci ilə nisbətən 24% və ya 94 GVt artaraq 485 GVt-a çatıb. Hazırda bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalında günəş enerjisinin payı 20%-dən yuxarıdır. 

Azərbaycanın günəş enerjisi üzrə iqtisadi potensialı 23 min MVt-dan çoxdur. Respublikada günəş elektrik stansiyalarının ümumi gücü 37 MVt təşkil edir və daha 50 MVt gücün istifadəyə verilməsi nəzərdə tutulur.

gunesh 2


2013-cü ildən Avropa Birliyi tərəfindən tozsoranlar üçün enerji etiketinin tətbiqinə başlanıb. Etiketin üst hissəsi enerji məhsuldarlıq sinfini və orta hesabla enerji istehlakını, alt hissəsi isə tozsoranlar üçün satınalma qərarına əsas verən önəmli göstəriciləri əks etdirir. 2017-ci ildən Avropada motor gücü 900 Vattdan yuxarı olan tozsoranların satışına icazə verilmir və daha az enerji istifadə edən tozsoranlara üstünlük verilir. 
Enerjiyə qənaət üçün tozsoran seçimində enerji etiketinə mütləq diqqət edin!

tozsoran


 

Tozsoranlar - elektrik enerjisinin istehlakında önəmli payı olan məişət cihazlarından biridir. Bəzən hətta gündəlik istifadə olundugundan enerji sərfini xeyli artırır. Tozsoranlardan istifadə zamanı enerji səmərəliliyinə nail olmaq üçün bunlara əməl edilməsi vacibdir.

 

tozsoran semerelilik

 


1970-ci ildən 22 aprel “Yer Kürəsi günü” ("Mother Earth Day") kimi qeyd edilir. İşıqlı və sağlam bir dünyanı qurmaq hər birimizin borcudur. Yer kürəsinin gələcəyi naminə daha çox enerji səmərəliliyi və daha çox yaşıl enerji!

yer kuresi gunu

 


 

Tikinti zamanı layihələndirmə və tikinti normalarina düzgün əməl edilməməsi evlərin qızdırılmasında enerji sərfini artırır. Əlavə enerji itkisinin qarşısının alınması üçün diqqət yetirməli olduğumuz vacib məqamlar:
- tikinti materiallarının düzgün seçilməsi;
-qapı və pəncərələrdən hava sızmalarının qarşısının alınması;
- tavan, döşəmə və divarların izolyasiya edilməsi;
- istilik radiatorlarının divarlara çox yaxın və ya divarın içərisinə yerləşdirilməməsi;
-onların üzərinə istilik axınını əngəlləyən əşyaların qoyulmaması.
Bilirsinizmi, elektrik enerjisini çox sərf etməsi və bu enerjinin 90%-ni istilik enerjisinə çevirməsinə görə közərmə lampalarından istifadə dünyanın bir çox ölkəsində qadağan olunub. Əvəzində istilik verməyən və daha az enerji istifadə edən səmərəli LED lampalara üstünlük verilir.  

evlerde enerji itkisi


 

Bilirsinizmi, elektrik enerjisini çox sərf etməsi və bu enerjinin 90%-ni istilik enerjisinə çevirməsinə görə közərmə lampalarından istifadə dünyanın bir çox ölkəsində qadağan olunub. Əvəzində istilik verməyən və daha az enerji istifadə edən səmərəli LED lampalara üstünlük verilir.

ishiq



ELEKTRİK TƏCHİZATI ŞƏBƏKƏLƏRİNƏ QOŞULMA

DB 2019 Electricity 1

DB 2019 Electricity 2

Xəbərlər

Energetika

Tədbirlər

18 OKTYABR AZE

 Mediada biz  Çağrı Mərkəzi  Qaynar Xətt Əmtəə
 media  call1  hotline
 en  Brent  $/b 58,97
 flag usa2x  WTI  $/b 52,88
 az  Azeri Light  $/b 63,61
Apellyasiya Şurası Texniki Şura Elanlar Cənub Qaz Dəhlizi Maarifləndirici
məlumatlar
         
appel texnikiSmall annonceSmall sgcSmall maarif

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps az

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.