Energetika Nazirliyinin təşəbbüsü,  bir sıra dövlət qurumları və xarici ekspertlərin iştirakı ilə Finlandiyanın “Vartsila” Korporasiyası tərəfindən “Ağıllı Enerji / Gələcək Enerji Sistemi” mövzusunda seminar keçirilib. 
    Tədbirdə PLEXOS modelləşdirmə proqramının imkanları və “Vartsila”nın 50-dən çox ölkədə proqram üzrə apardığı tədqiqatlardan bəhs edən təqdimatlarla çıxış edilib. Bildirilib ki, proqram ölkənin enerji sistemini optimallaşdırmağa, yanacağa qənaət etməyə və açılma risklərini minimallaşdırmağa kömək edir və hazırda dünyanın 30 ölkəsində  tətbiq olunur. Gələcəkdə müasir tələblərə cavab verə biləcək enerji sisteminin planlaşdırılması, bərpa olunan enerji mənbələrinin payının artırılması yolları, dünyada  son illərdə ənənəvi enerji növləri ilə müqayisədə bərpa olunan enerji növlərinin qiymətlərində müşahidə olunan enmə tendensiyasına dair  təhlillər nəzərdən keçirilib.
    Seminarda həmçinin Azərbaycanda mövcud olan və gələcəkdə tikilməsi planlaşdırılan elektrik stansiyalarının istismarı və texniki xidməti üçün müxtəlif tipli xidmət proqramları barədə məruzələr edilib.  “Vartsila” mühərriklərinin tətbiqi hesabına bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarında enerji istehsalının intensivliyinin təmin olunması üçün hibrid tipli elektrik stansiyalarının yaradılmasının əhəmiyyətindən danışılıb.  
    Qeyd edək ki, dünyanın 70 ölkəsində fəaliyyət göstərən “Vartsila” Korporasiyası modul elektrik stansiyalarının tikilib istismara verilməsi, neft və qaz kompressor avadanlığı, ləvazimat, avtomatika və enerjipaylama sistemləri də daxil olmaqla, gəmiçilik sahəsi üçün avadanlıqlar istehsalında dünya liderlərdən biri hesab olunur. Azərbaycanda  12 ildir ki, fəaliyyət göstərən bu şirkət əsasən neft və qaz sənayesi, qaz-turbin  tipli elektrik stansiyalarının quraşdırılması və onlara texniki dəstəyin göstərilməsi ilə məşğuldur. Şirkət tərəfindən 2005-2010-cu illərdə ölkəmizdə ümumi gücü 880 MVt olan modul tipli elektrik stansiyalarının tikintisi həyata keçirilib. 

               NEFT
 
 Brent  64.99 $
   
 WTI   54.73 $
   
Azeri Light  66.16 $

Xəbərlər

Energetika

 a

CQD AZ

 Mediada Biz  Çağrı Mərkəzi  Qaynar Xətt
 media  call1  hotline
appelyasiya shurasi texniki shura elanlar 4qalereya videoqalereya

 

 

1 2 3 4 fond

 

aggression khojaly abida virtual qarabag maps

 

 

socar logo ardnf1 azenerji azeriqaz azerisiq azeristilik asan
Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.