OPEC və qeyri OPEC ölkələri nazirlərinin görüşü bazar ertəsi keçiriləcək

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da videokonfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

Bu ilin I rübündə Energetika Nazirliyi tərəfindən 60 icazə verilib

2020-ci ilin birinci rübündə Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 60 icazə verilib. Bunlardan 52-si ixrac nəzarətinə düşən malların idxalı, 6-sı ixrac nəzarətinə düşən malların ixracı, 2-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

2020-ci ilin I rübündə Texniki Şuralara 519 müraciət daxil olub

2020-ci ilin I rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 519 müraciətə baxılıb.

Azərbaycanda neft istehsalı 2020-ci ilin planına uyğun davam edəcək

Aprelin 1-dən Azərbaycan da neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərindən azaddır. “OPEC plus” ölkələri üzrə gündəlik neft hasilatının 1,7 mln. barrel azadılması ilə bağlı 2019-cu ilin 6 dekabrında imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu gün başa çatır.

Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 139606 manat vəsait köçürüb

Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə