Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin kollektivi qanvermə aksiyasında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi də qoşulub.

Hasilat öhdəliklərinin icrası müzakirə edilib

Neft bazarının tənzimlənməsi çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı məsələ ölkədə neft istehsalı ilə məşğul olan şirkətlərlə müzakirə edilib. Neft bazarında balansın təmin edilməsi ilə bağlı tədbirlərə şirkətlər tərəfindən də dəstək ifadə olunub.   

Energetika Nazirliyi “OPEC plus” ölkələri nazirlərinin qərarını yüksək qiymətləndirir

“OPEC plus” ölkələri nazirlərinin X iclasında neft istehsalçıları, istehlakçıları, bütövlükdə dünya itisadiyyatı üçün tarixi bir razılaşma əldə olundu. Bu format çərçivəsində ilk dəfə olaraq iki illik müddəti və böyük istehsal həcmlərinin ixtisarını nəzərdə tutan və qlobal dəstəklə müşayiət olunan bir qərar qəbul edildi. “OPEC plus” formatında atılan bu addımlar neft bazarına bir neçə istiqamətdə dəstək verir. Əvvəla, hasilatın azaldılması ilə bağlı qərarın mayın 1-dən icrası

“OPEC plus”un yeni Razılaşmasını Azərbaycan da təsdiqlədi

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. İclasda “OPEC plus” ölkələri tərəfindən Meksikanın gündəlik neft hasilatını 100 min barrel həcmində azaltması təklifinə baxılaraq qəbul edilib. Həmçinin Meksikanın “OPEC plus” ölkələri nazirlərinin IX iclasında təklif edilmiş kvotaları qəbul

Bu gün “OPEC plus” ölkələri yenidən toplaşır

Bu gün Bakı vaxtı ilə saat 20.00-da OPEC və qeyri-OPEC ölkələrinin nazirləri online formatda görüşəcəklər. Görüş OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 9-cu iclasından irəli gələn məsələlər üzrə məsləhətləşmələr çərçivəsində baş tutur. Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salmanın sədrliyi və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakın həmsədrliyi keçiriləcək görüşə OPEC və

Azərbaycan martda gündəlik 763,9 min barrel neft hasil edib

2020-ci ilin mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barrel olub. Bunun 683,7 min barrelini xam neft, 80,2 min barrelini kondensat təşkil edib. Gündəlik 418,9 min barrel xam neft, 76,2 min barrel kondensat, 15,5 min barrel neft məhsulları ixrac edilib.

2020-ci ilin I rübündə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilib

2020-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr  2019-cu il tarixli 1673 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrası ilə bağlı yaradılmış Komissiyanın fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumların rəhbərliyi ilə təsis edilmiş 7 işçi qrup öz işini davam etdirib.