2020-ci ilin avqust ayı ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara daxil olan 207 müraciətə baxılıb. Həmin müraciətlərdən 206-sının icrası təmin edilib, 1 müraciət isə təqdim edilmiş sənədlərdə uyğunsuzluqlar səbəbindən baxılmamış saxlanılıb.
Müraciətlərə 1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt "ASAN xidmət", Gəncə "ASAN xidmət", Sabirabad "ASAN xidmət", İmişli "ASAN xidmət", Masallı "ASAN xidmət", Quba "ASAN xidmət", Bərdə "ASAN xidmət", Mingəçevir "ASAN xidmət", Qəbələ "ASAN xidmət", Şəki "ASAN xidmət", Şamaxı "ASAN xidmət", Kürdəmir "ASAN xidmət", Tovuz "ASAN xidmət", Ağcabədi "ASAN xidmət"  mərkəzlərində və Xaçmaz “KOB evi”ndə fəaliyyət göstərən Texniki Şuralarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Qərarına uyğun olaraq baxılıb. 
 

Digər xəbərlər