Energetika Nazirliyinin yeni saytı istifadəyə verilib

Energetika Nazirliyinin rəsmi internet səhifəsi olan www.minenergy.gov.az yeni dizaynla istifadəyə verilib. Yenilənmiş sayt dizaynla yanaşı məzmun cəhətdən də əvvəlki versiya ilə müqayisədə təkmilləşdirilib, müasir tələblərə uyğun tərtib edilib, bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.