Zaur Ələkbər oğlu Məmmədov

 

1974-cü ildə Bakı şəhərində anadan olub.

1997-ci ildə Azərbaycan Texnologiya Universitetini mühəndis-mexanik ixtisası üzrə bitirib.

2004-2006-cı illərdə Norveçdə Enerji Effektivliyi üzrə ixtisasartırma proqramını bitirib.

1993-2008-ci illərdə ticarət və ictimai iaşə, eləcə də telekommunikasiya və  istehsal  sahələrində fəaliyyət təcrübəsi əldə edib.

2009-2010-cu illərdə “Azəreneri” ASC-də  ekologiya idarəsinin rəisi işləyib.

2010-2012-ci illərdə “Azenco” ASC-nin İdarə Heyətinin sədr müavini - idarə rəisi kimi fəaliyyət  göstərib.

2012-2017-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini  vəzifəsində çalışıb.

2017-2018-ci illərdə Azərbaycan Respublikası Energetika Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb.

2018-ci ildən Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının rəhbəridir. 

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir,  2 övladı var.

 

Telefon: (+99412) 598-16-53/55

E-poçt: zaur.mammadov@minenergy.gov.az

Rövşən Şakir oğlu Kərimov 

1963-cü ildə Bakı şəhərində anadan olub.

1986-cı ildə T.Q.Şevçenko adına  Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakultəsinin beynəlxalq iqtisadi münasibətlər bölməsini bitirib.

1986-1990-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici ölkələrlə iqtisadi əlaqələr Komissiyasında müxtəlif vəzifələrdə çalışıb.

1992-1995-ci illərdə  Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi və müşavir işləyib.
1996-2011-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

2011-2017-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində şöbə müdiri və nazirin müşaviri vəzifələrində fəaliyyət göstərib.

2017-2018-ci illərdə  Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində işləyib. 

2018-ci ildən Azərbaycan Respublikası Energetika Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışır. 

İqtisad üzrə fəlsəfə doktorudur.

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir, 2 övladı var.

 

Telefon: (+99412) 598-16-53/54

E-poçt: rovshan.karimov@minenergy.gov.az

Elxan Akif oğlu Kərimov

1985-ci ildə Bakı şəhərində anadan olub.

2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini  bitirib.

2011-cü ildə isə Bakı Dövlət Universitetində dövlət hüququ üzrə magistr dərəcəsini alıb.

2009-2014-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2014-2019-cu illərdə Azərbaycan Respublikasının Energetika Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri müavini-sektor müdiri işləyib.

2011-2017-ci illərdə Milli Aviasiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

2019-cu ildən Azərbaycan Respublikası Energetika Nazirliyində Aparat rəhbərinin müavini-şöbə müdiri vəzifəsində çalışır.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Telefon: (+99412) 598-16-53/54

E-poçt: elkhan.karimov@minenergy.gov.az

Şöbə Şöbə müdiri
1 Elektroenergetika və enerji səmərəliliyi şöbəsi Həsənov Ələsgər Bəndalı oğlu
2 Neft-Qaz şöbəsi
3 Beynəlxalq əməkdaşlıq şöbəsi
4 Strateji proqramlar və islahatlar şöbəsi Məsimova Xalidə Məhəmməd qızı
5 Daxili nəzarət şöbəsi Kərimov Elxan Akif oğlu
6 İqtisadiyyat şöbəsi Qurbanov Rauf İbad oğlu
7 Hüquq şöbəsi Ağayev İbrahim Hümbət oğlu
8 Maliyyə və təminat şöbəsi Nuriyeva Gülnarə Baloğlan qızı
9 Dövlət qulluğu və kadrlar şöbəsi İsmayılov Əsəd İsmayıl oğlu
10 Məxfi və səfərbərlik şöbəsi Süleymanov Əzim Bəhman oğlu
11 Ümumi şöbə Şirinov Emin Əlifağa oğlu
12 Çağrı mərkəzi sektoru Mustafayeva Şahəstə Zahid qızı
13 Protokol xidməti sektoru İsayeva Atəş Sokrat qızı
14 Mətbuat sektoru Vəliyeva Könül Seymur qızı
15 Elektron idarəetmə sektoru Bağırov Turan Əbdülhüseyn oğlu