Qlobal günəş fotovoltaik (PV) gücü 2019-cu ildə əvvəlki ilə nisbətən 12% artaraq 627 QVt-a çatıb. Ümumi gücün 26%-i Çinin, 12%-i ABŞ-ın, 9%-i Hindistanın payına düşüb. 
2019-cu ildə istifadəyə verilmiş güc 115 QVt olub. 10 il əvvəl dünyada günəş enerjisi gücü cəmi 23 QVt-dan az idi. Günəş enerjisi gücü bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 24,2%-ni təşkil edib. 
Günəş PV Honduras (10.7%), İtaliya (8.6%), Yunanıstan (8.3%), Almaniya (8.2%) və Çili (8.1%), Avstraliya (7.8%) və Yaponiyada (7.4%) elektrik enerjisi istehsalının yüksək payına sahibdir. Belə ki, 2019-cu ilin sonuna 22 ölkədə elektrik enerjisi tələbatının ən azı 3%-i, 12 ölkədə isə ən azı 5%-i günəş enerjisinin payına düşüb. Qlobal elektrik enerjisi istehlakının 2,8%-ni günəş enerjisi qarşılayıb.
2019-cu ildə 18 ölkədə 1 QVt-dan artıq güc istifadəyə verilib, ümumi gücü 1 QVt-dan artıq olan ölkələrin sayı isə 39-a çatıb. Çinin günəş enerjisi gücü 169,3 QVt təşkil edib və 2019-cu ildə Çində 30,1 QVt yeni güc istifadəyə verilib.

Mənbə: REN 21 (RENEWABLES 2020  GLOBAL STATUS REPORT)
 

Digər xəbərlər