Azərbaycan Respublikasının Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılacaq İctimai Şuraya seçkilər 24 oktyabr 2017-ci il tarixində, saat 11:00-da Nazirliyin (Ü.Hacıbəyov küçəsi 84, Hökumət Evi) iclas zalında keçiriləcək.

İctimai Şura üzvlüyünə 10 nəfərin namizədliyi qeydə alınıb. Şura üzvlüyünə seçkilərin keçirilməsi ilə bağlı namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda ictimai şuranın üzvləri irəli sürülmüş namizədlər sırasından gizli səsvermə yolu ilə seçiləcək.

Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları (1 nəfər olmaqla) seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.

İctimai   Şuraya   seçkilərlə   bağlı   əlavə    məlumat    almaq   üçün    Nazirliyə

(012) 598-16-53/54/55 (daxili 207) telefon nömrələri və (minenergy@minenergy.gov.az) elektron ünvanı vasitəsilə müraciət etmək olar (əlaqədar şəxs: Seçki Komissiyasının üzvü Əsəd İsmayılov).